Əraf Surəsi 152. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, buzova sitayiş edənlərə öz Rəbbindən bir qəzəb dünya həyatında zillət üz verəcəkdir. Biz iftira yaxanları belə cəzalandırırıq.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, buzovu (tanrı) qəbul edənlərə Rəbbindən bir qəzəb yetişəcək onlar dünyada zillətə düçar olacaqlar! Biz (Allaha) iftira yaxanları belə cəzalandırırıq!
Elmir Quliyev :
На тех, которые стали поклоняться тельцу, падут гнев их Господа и унижение в мирской жизни. Так Мы воздаем тем, кто измышляет ложь.
Ələddin Sultanov:
Şübhəsiz ki, buzovu özlərinə (ilah) qəbul edənlər Rəbbindən (gələcək) bir qəzəbə dünya həyatında zillətə düçar olacaqlar. Biz iftira yaxanları məhz belə cəzalandırırıq.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, buzovu (ilah) qəbul edən kəslər Rəblərindən bir qəzəbə dünya həyatında bir zillətə uğrayacaqlar. İftira atanları belə cəzalandırarıq.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, götürüb buzov etdilər, yetişər onlar üçün Rəblərindən qəzəb zillət dünya həyatında! Belə cəzalandırırıq iftira edənləri!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, buzova pərəstiş etmiş kəslərə tezliklə (dünyada axirətdə) Rəbblərindən bir qəzəb dünya həyatında (məbudlarının yandırılması, çöllükdə sərgərdan qalmaları tarixdə bir ləkə olaraq qalmaları kimi) zillət xarlıq yetişəcəkdir. Biz yalan uyduranları belə cəzalandırırıq.
Kövsər Tağıyev:
Buzovu ilah tutanlara mütləq (axirətdə) Rəblərindən bir qəzəb, dünya həyatında isə bir zillət yetişəcək. Biz iftiraçıları belə cəzalandırarıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Buzovu tanrı edənlərə onların Rəbbindən bir qəzəb bu dünya həyatında zillət üz verəcəkdir. İftira deyənləri Biz belə cəzalandırırıq!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, o qızıla sitayiş edənlərə Rəblərindən bir qəzəb, dünya həyatında bir zillət üz verəcək. Biz, iftiraçıları belə cəzalandırarıq.