Əlixan Musayev:
O zaman Peyğəmbər arxanızdan sizi çağırdığı halda siz heç kimə əhəmiyyət vermədən (düşməndən) qaçırdınız. (Allah da )sizi qəminizin üstünə qəm qoymaqla cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah nə etdiklərinizdən xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
Siz (düşməndən qaçaraq dağa) qalxdığınız və Peyğəmbər arxa tərəfdən sizi çağırarkən heç kəsə baxmadığınız zaman Allah sizin qəminizin üstünə qəm gətirməklə (məğlubiyyət, Peyğəmbərin qətl edilməsi barəsindəki yanlış xəbərdən doğan əndişə; onun əmrinə tabe olmamaq nəticəsində üz verən peşmançılıqla) cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə görə təəssüf etməyəsiniz. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır!
Elmir Quliyev
:
Вот вы бросились бежать, не оглядываясь друг на друга, тогда как Посланник призывал вас, находясь в последних (ближайших к противнику) рядах, и Аллах воздал вам печалью за печаль, чтобы вы не скорбели о том, что было вами упущено, и о том, что поразило вас. Аллаху известно о том, что вы совершаете.
Ələddin Sultanov:
O zaman Peyğəmbər arxanızdan sizi çağırdığı halda siz heç kəsə baxmadan (qaçaraq dağa) qalxırdınız. (Allah da) sizə qəm üstünə qəm verdi ki, əlinizdən çıxanlara və başınıza gələnlərə görə kədərlənməyəsiniz. Allah sizin etdiklərinizdən xəbərdardır.
Kerbelayi Malik ağa:
Siz (dağa çıxaraq) uzaqlaşır və dönüb heç kimə baxmırdınız, Allahın Rəsulu isə sizi arxanızdan çağırırdı. Bundan sonra sizə qəm üstünə qəm gəldi, əlinizdən çıxan şeylər (zəfər, qənimət) və sizin başınıza gələn şeylər (müsibətlər) üçün qəmgin olmayın deyə. Allah etdiklərinizdən xəbərdardır.
Ələsgər Musayev:
Onda siz qalxırdınız və dönüb bir kəsə
baxmırdınız və rəsul dəvət edirdi sizi axırıncı dəstələrinizdə.
O nəsib etdi sizə qəmi qəm üstündən ki, hüznlü olmayasınız
sizi tərk edənə görə və sizə yetişənə görə. Allah Xəbirdir nə
ilə ki, əməldəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
O zaman uzaqlara qac?rd?n?z, hec k?s? baxm?rd?n?z v? Allah?n Peyg?mb?ri qosununuzun arxas?nda sizi cag?r?rd?. Bel?likl? (Allah) sizi q?minizin ustun? q?m qoymaqla (?mrd?n boyun qac?rmaq v? muharib?d? m?glubiyy?t q?mi il?) c?zaland?rd? ki, (iman?n?z mohk?ml?nsin v?) hec vaxt ?linizd?n c?xana v? ducar oldugunuz sey? (musib?t v? z?r?r-ziyanlara gor?) k?d?rl?nm?y?siniz. Allah etdikl?rinizd?n x?b?rdard?r.
Kövsər Tağıyev:
Peyğəmbər arxanızdan sizi çağırarkən siz durmadan dağ yuxarı qaçır, dönüb heç kimə baxmırdınız. Bu səbəblə Allah sizə kədər üstünə kədər verdi ki, (bu vəziyyətlərə alışasınız və daha sonra) əlinizən çıxana və başınıza gələnə kədərlənməyəsiniz. Allah etdiklərinizdən haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman peyğəmbər sizi çağırdığı halda siz heç kəsə baxmadan (döyüşdən qaçaraq) dağa çıxırdınız. O [Allah], sizi kədər üstündən kədərlə cəzalandırdı ki, nə əlinizdən çıxanlara, nə də başınıza gələnlərə görə peşman olasınız. Həqiqətən, Allah sizin nə etdiklərinizdən xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Və o vaxt siz yuxarı qaçırdınız, heç kimə baxmırdınız. Elçi də o yandan sizi çağırırdı. Ona görə Allah, əlinizdən çıxan şeylərə və uğradığınız aqibətə görə qəmlənməyəsiniz deyə sizə kədər üstünə kədər göndərməklə əvəz verdi. Allah əməllərinizdən xəbərdardır.