Əlixan Musayev:
Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə, Rəbbin tövbədən sonra (onları) bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
А если кто совершил злодеяния, а затем раскаялся и уверовал, то ведь твой Господь после всего этого — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə, şübhəsiz ki, Rəbbin ondan (o tövbədən) sonra bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Seyyiat (dərəcə itirən əməllər, günahlar) işləyənlər, sonra da ondan (o günahdan) sonra (mürşid qarşısında) tövbə etdilər və amənu oldularsa, şübhəsiz ki, sənin Rəbbin ondan (amənu olduqdan) sonra əlbəttə, Ğafurdur (günahları savaba çevirən) və Rəhimdir (rəhmət göndərəndir).
Ələsgər Musayev:
O kəslər ki, pis əməllər etdilər, sonra qayıtdılar bunun ardınca və inandılar, həqiqətən, Rəbbin bundan sonra Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Günah işlər gördükdən sonra tövbə edən və iman gətirən kəslər, (bilsinlər ki,) həqiqətən sənin Rəbbin ondan (tövbədən) sonra çox bağışlayan və mehribandır. (Bu iki ayə Musanın dastanı arasında olan mötərizə cümlələridir).
Kövsər Tağıyev:
Pis əməllər törədib sonra ardından tövbə edənlər ilə iman (larında səbat) edənlərə gəlincə, şübhə yoxdur ki, Rəbbin ondan (tövbədən) sonra, əlbəttə, çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Pis əməllər tutub, sonra tövbə edərək iman gətirənlər həqiqətən, sənin Rəbbin bundan sonra bağışlayandır, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
-Pis əməllər işlədikdən sonra dönən kəslər və iman götirənlər üçün də, heç şübhəsiz, Rəbbin bundan sonra yenə də bağışlayan və mərhəmət edəndir.-