Nisa Surəsi 154. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz (onlarla bağladığımız) əhdə görə dağı (başları) üzərinə qaldırdıq onlara: “Qapıdan səcdə edərək daxil olun!”– dedik. Biz onlara: “Şənbə günü (üçün qoyulmuş qadağanı) pozmayın!”– dedik. Biz onlarla möhkəm bir əhd-peyman bağlamışdıq.
Bünyadov-Məmmədəliyev:
Əhdə riayət etsinlər deyə, Tur dağını onların (başları) üzərinə qaldırdıq onlara: “Qapıdan (ibadət çadırının qapısından) səcdə edərək daxil olun, şənbə gününün qayda-qanununu pozmayın!” dedik. onlardan möhkəm əhd aldıq.
Elmir Quliyev :
Мы воздвигли над ними гору, согласно завету с ними, и сказали им: "Войдите во врата, поклонившись!" Мы также сказали им: "Не нарушайте субботы!" Мы заключили с ними суровый завет.
Ələddin Sultanov:
Verdikləri sözə riayət etsinlər deyə, Turu (dağı) onların üzərinə qaldırdıq onlara: “Qapıdan səcdə edərək daxil olun!” - dedik. Həmçinin biz: “Şənbə günü həddi aşmayın (ov qadağasını pozmayın)!” dedik onlardan möhkəm bir əhd aldıq.
Kerbelayi Malik ağa:
Misaqlarına (əhdlərinə) görə Turu (Tur dağını) onların üzərinə qaldırdıq. Onlara: ‘Bu qapıdan səcdə edərək girin.’ dedik. Onlara: ‘Şənbə günündə hüdudları aşmayın.’ dedik onlardan ‘çox möhkəm misaq (əhd)’ aldıq.
Ələsgər Musayev:
ucaltdıq onların fövqlərində dağı andları müqabilində dedik Biz onlar üçün: «Qapısından səcdə ilə daxil olun!» dedik Biz onlar üçün: «Altıda hüdudu pozmayın!» onlardan qəliz and aldıq.
A.Mehdiyev və D.Cəfərli:
Tur dağını əhd-peymanlarına görə (Tövratı qəbul ona əməl etmək barəsində əhd-peyman bağlamaq üçün) onların başı üzərinə qaldırdıq onlara «bu qapıdan (Beytül-Müqəddəsin qapısından) səcdə edən halda (tam təvazökarlıqla) daxil olun» dedik. Onlara həmçinin «şənbə günü (balıq ovlamağın haramlığı) həddi(ni) aşmayın» dedik Onlardan möhkəm bir əhd-peyman aldıq.
Kövsər Tağıyev:
Verdikləri möhkəm söz(ə əməl etməmələri) səbəbi ilə “Tur”u onların üstünə qaldırdıq onlara: “Təvazö ilə qapıdan girin”, dedik. Yenə onlara: “Şənbə günü (qadağaları) barəsində həddi aşmayın”, dedik onlardan möhkəm bir söz aldıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Əhd-peymana əməl etsinlər deyə, Biz Tur dağını onların başı üzərinə qaldırdıq dedik: “Səcdə edərək qapıdan daxil olun!" Onlara: "Şənbə gününü pozmayın!" - dedik onlardan möhkəm bir əhd aldıq.
Sabirə Dünyamalıyeva:
söz verdiklərinə görə, böyüklərini/ən qiymətlilərini/Musanı Tur dağına qaldırdıq.Və onlara: "O qapıdan boyun əyib tabeçilik göstərərək daxil olun" dedik. Yenə onlara: "Təfəkkür/qulluq günündə hədləri aşmayın" dedik. Sonra da onlardan möhkəm bir əhd aldıq.