Əlixan Musayev:
(Saleh) dedi: “(Möcüzə) bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o, su içməli, bir gün də siz içməlisiniz).
Bünyadov-Məmmədəliyev:
(Saleh) dedi: “Bu, (Allahın möcüzəsi olan) dişi (maya) bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! (Bir gün çeşmədən o, su içsin, bir gün də siz için. Bir-birinizə mane olmayın!)
Elmir Quliyev
:
Он сказал: "Вот верблюдица! Она должна пить, и вы должны пить по определенным дням.
Ələddin Sultanov:
Saleh dedi: “Möcüzə bu dişi dəvədir. Müəyyən günlərdə onun və sizin su içmə haqqınız vardır.
Kerbelayi Malik ağa:
(Saleh): ‘Bu dişi dəvədir. Su içmə haqqı onundur. Bilinən (təyin olunan) günlərdə də su içmə haqqı sizindir.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Bu dişi dəvədir. Məlum olan gündə onun üçün və sizin üçün içməyə növbə var.
A.Mehdiyev və D.Cəfərli:
(Sonra, Salehin duası ilə dağdan dişi bir dəvə çıxdı və Saleh) dedi: «Bu dişi bir dəvədir. (Bu bulağın) suyundan bir pay onunkudur və müəyyən bir günün payı da sizinkidir».
Kövsər Tağıyev:
Salih belə dedi: “Bu, dişi bir dəvədir! Onun (bəlli bir gün) su içmək haqq var, sizin də bəlli bir gün su içmək haqqınız var”.
M.Qənioğlu və T.Bilaloğlu:
Saleh dedi: “Bu, dişi bir dəvədir. Onun da, sizin də hər gün (çeşmədən) su içmək üçün məlum vaxtlarınız vardır.
Sabirə Dünyamalıyeva:
Saleh: “Bax budur, bu dəvədir/Xeyriyyə Qurumudur, onun yaşaması üçün dəstəklənməsi lazımdır.