Əlixan Musayev:
Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, pey-ğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz qapalıdır!”– demələrinə görə (lənətə düçar edildilər). Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).
Bünyadov-Məmmədəliyev:
Lakin onlar verdikləri əhdi pozduqları, Allahın ayələrini inkar etdikləri, peyğəmbərləri haqsız yerə öldürdükləri və: “Ürəklərimiz pərdəlidir!” - dedikləri ucundan (Allahın lənətinə düçar oldular). Bəli, öz küfrləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur (kilidləmişdir). Buna görə də onların yalnız az bir hissəsi iman gətirər.
Elmir Quliyev
:
За то, что они нарушили свой завет, не уверовали в знамения Аллаха, несправедливо убивали пророков и говорили: "Наши сердца покрыты завесой (или переполнены знаниями)". О нет, это Аллах запечатал их сердца за их неверие, и поэтому их вера ничтожна (или лишь немногие из них являются верующими).
Ələddin Sultanov:
(Onları lənətləməyimiz,) verdikləri əhdi pozmaları, Allahın ayələrini inkar etmələri, peyğəmbərləri haqsız yerə öldürmələri və: “Ürəklərimiz pərdəlidir!” - demələrinə görədir. Xeyr, küfrlərinə görə Allah onların qəlblərini möhürləmişdir. Artıq, onların az bir qismi iman gətirər.
Kerbelayi Malik ağa:
Bu onların misaqlarını pozmaları və Allahın ayələrini inkar etmələri, peyğəmbərləri haqsız yerə öldürmələri və onların ‘qəlblərimiz qapalıdır’ sözləri səbəbiylədir. Xeyr (tam əksinə), Allah küfrlərinə görə onların (qəlblərinin) üzərini möhürlədi, beləcə onların çox azı istisna olmaqla iman etməzlər (edə bilməzlər).
Ələsgər Musayev:
Və öz andlarını pozduqlarına və Allahın ayətləri ilə kafir
olduqlarına və nəbiləri haqsız olaraq qətilə yetirdiklərinə və
«Qəlbimiz qıfıllıdır!», dediklərinə görə - bəli, Allah üzərinə
küfrlərinə görə onların üzərinə damğa vurdu və onlar ancaq
az iman gətirər -
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə (Biz İsrail övladlarını) əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, (Allahın) peyğəmbərləri(ni) haqsız yerə öldürdüklərinə, eləcə də «qəlblərimiz pərdədədir (və sənin sözlərini dərk etmir)» demələrinə görə (lənət və əzaba düçar etdik). (Lakin bu onların dedikləri kimi deyil) əksinə, Allah ona (onların qəlblərinə) küfrlərinə görə (bədbəxtlik) möhür(ü) vurmuşdur. Buna görə də onlar, az bir hissəsinin azacıq imanı istisna olmaqla iman gətirməyəcəklər.
Kövsər Tağıyev:
Verdikləri əhdi pozduqları, Allahın ayələrini inkar etdikləri, peyğəmbərləri haqsız yerə öldürdükləri və “qəlblərimiz örtülüdür”, – dedikləri üçün (onları hər müsibətə düçar etdik. Onların qəlbləri örtülü deyil), əksinə inkarları səbəbi ilə Allah onların qəlblərini möhürləmişdir. Daha onlar inanmazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz əhd-peymanlarını pozduqlarına, Allahın ayələrinə inanmadıqlarına, haqsız olaraq peyğəmbərləri öldürdüklərinə və "Ürəklərimiz qapalıdır" - dediklərinə görə, - küfrləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur. Onların ancaq az bir hissəsi iman gətirər.
Sabirə Dünyamalıyeva:
Sonra da onların öz vədlərinə xilaf çıxmaları, Allahın ayələrinə inanmamaları, peyğəmbərləri haqsız yerə öldürmələri və: "Qəlblərimiz örtülüdür/sünnətsizdir" demələri -əksinə, Allah, küfr işlədikləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etdikləri] üçün onların qəlblərinə möhür vurmuşdur. Onların azı inanır-