Əlixan Musayev:
O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər.
Elmir Quliyev
:
которые, когда их постигает беда, говорят: "Воистину, мы принадлежим Аллаху, и к Нему мы вернемся".
Ələddin Sultanov:
Onlara (səbir edənlərə) bir müsibət üz verdiyi zaman: “Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” – deyərlər.
Kerbelayi Malik ağa:
Onlar ki, özlərinə bir müsibət üz verdiyi zaman: ‘Biz şübhəsiz ki, Allaha məxsusuq (Ona təslim olmaq üçün yaradıldıq) və şübhəsiz Ona dönəcəyik.’ deyərlər.
Ələsgər Musayev:
o kəslər onda ki, isbat edir onlara müsibət,
deyirlər: «Həqiqətən, biz Allah üçünük və həqiqətən, Ona
tərəf müraciət edəcəyik!»
A.Mehdiyev və D.Cəfərli:
O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə «həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq» deyərlər.
Kövsər Tağıyev:
Başlarına bir müsibət gəldiyi zaman onlar: “Biz şübhəsiz, (hər şeyimizlə) Allaha aidik və şübhəsiz ki, Ona qayıdacağıq”, – deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslərə ki, onlara bir müsibət üz verəndə deyərlər: "Həqiqətən də Biz Allaha məxsusuq və Ona da qayıdacağıq."
Sabirə Dünyamalıyeva:
Özlərinə bir müsibət üz verdikdə: "Biz həqiqətən Allaha məxsusuq və yalnız Ona dönəcəyik" deyən səbr edənlərə də