Əlixan Musayev:
(Biz bunu ona görə nazil etdik ki, siz): “Kitab yalnız bizdən əvvəlki iki tay-faya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir. Biz isə onların oxuduqlarından xəbərsizik”– deməyəsiniz
Bünyadov-Məmmədəliyev:
Biz onu sizin: “Bizdən əvvəl kitab ancaq iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir. Biz onların oxuduqlarından xəbərsizik”, - deməməyiniz.
Elmir Quliyev
:
Мы ниспослали его, чтобы вы не говорили: "Писание было ниспослано только двум общинам до нас, и мы ничего не знали о том, что они изучали".
Ələddin Sultanov:
Və: “Kitab bizdən əvvəl ancaq iki tayfaya (yəhudilərə və xristianlara) nazil edilmişdir. Biz isə onların oxuduqlarından xəbərsiz idik”, - deməyəsiniz.
Kerbelayi Malik ağa:
‘Kitab yalnız bizdən əvvəlki iki tayfaya endirildi. Biz onların oxuduqlarından həqiqətən qafildik.’ deyərsiniz deyə (deməməyiniz üçün).
Ələsgər Musayev:
Bu, nazil etdiyimiz mübarək kitabdır, tabe olun ona və təqvalı olun, ola ki, sizə rəhm olunsun!
A.Mehdiyev və D.Cəfərli:
Məbada «(Səmavi) kitab bizdən qabaq yalnız iki tayfaya (yəhudilərə və xristianlara) nazil olmuşdur və həqiqətən biz onları oxumaq və araşdırmaqdan xəbərsiz olmuşuq» deyəsiniz.
Kövsər Tağıyev:
“Kitab yalnız bizdən əvvəlki iki topluluğa (yəhudilərə və xristianlara) endirildi. Biz onların oxumalarından xəbərsiz idik”, – deməyəsiniz,
M.Qənioğlu və T.Bilaloğlu:
Belə ki: “Kitab bizdən əvvəlki iki tayfaya [yəhudilərə və xaçpərəstlərə] göndərilib, biz isə onu oxuya bilmirik,” -deməyəsiniz.
Sabirə Dünyamalıyeva:
O səbəblə, sizə mərhəmət edilməsi üçün ona tabe olun və Allahın mühafizəsi altına daxil olun. Artıq Rəbbinizdən sizə də açıq-aşkar dəlil, hidayət və mərhəmət gəlmişdir.