Əlixan Musayev:
O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula–ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!”
Elmir Quliyev
:
которые последуют за посланником, неграмотным (не умеющим читать и писать) пророком, запись о котором они найдут в Таурате (Торе) и Инджиле (Евангелии). Он повелит им совершать одобряемое и запретит им совершать предосудительное, объявит дозволенным благое и запрещенным скверное, освободит их от бремени и оков. Те, которые уверуют в него, станут почитать его, окажут ему поддержку и последуют за ниспосланным вместе с ним светом, непременно преуспеют".
Ələddin Sultanov:
Əllərindəki Tövratda və İncildə (əlamətlərinin) yazıldığını gördükləri ümmi peyğəmbər olan rəsula tabe olanlara o peyğəmbər yaxşılığı əmr edər, pis işləri qadağan edər, təmiz nemətləri halal edər, murdar şeyləri isə haram edər. Onların ağır yükünü və üstlərindəki qandalları götürər. O kəslər ki, Peyğəmbərə iman gətirər, ona hörmət göstərər, yardım edər və onunla birlikdə endirilən nura (Qurana) tabe olarlar, onlar əsil nicat tapanlardır! (Yuxarıdakı ayədə keçən “ümmi” kəlməsi, “oxuma-yazma bilməyən” mənasına gəlir və eyni zamanda Həzrət Mühəmməd peyğəmbərin vəsflərindən biridir. Allah-Təala peyğəmbəri ümmi olaraq vəsfləndirir ki, o heç bir şeyi oxuyub yaza bilmədiyi halda, hər şeydən xəbər verən və mükəmməl bir kitab olan Quranı gətirmişdir. Bu da Quranın həqiqətən, Allah tərəfindən göndərildiyinin bir sübutudur. Həmçinin bu ayədə keçən “qandallar” ifadəsindən məqsəd, Tövratda mövcud olan ağır hökmlər və qanunlardır ki, Quran bu hökmləri ortadan qaldırmış və insanları bu kimi ağır öhdəliklərdən azad etmiş, onların yerinə daha asan hökmlər gətirmişdir.)
Kerbelayi Malik ağa:
Onlar ki, yanlarındakı Tövratda və İncildə yazılı olaraq gördükləri ümmi, nəbi, rəsula tabe olarlar. Onlara maruf ilə (irfanla) əmr edər, onlara münkəri qadağan edər və onlara teyyib olanları (təmiz və gözəl olan şeyləri) halal qılar. Xəbis olanları (pis və murdar şeyləri) onlara haram qılar. Onların ağırlıqlarını (günahlarını savaba çevirib, günahlarının ağırlığını) qaldırar. Üzərlərindəki zəncirləri qaldırar. Onlar Ona iman etdilər və hörmət etdilər və yardım etdilər və Onunla birlikdə endirilən Nura (Qurani Kərimə) tabe oldular. Onlar fəlaha (qurtuluşa, cənnət xoşbəxtliyinə və dünya xoşbəxtliyinə) çatanlardır.
Ələsgər Musayev:
O kəslər ki, Tövratda və Incildə yazılı tapdıqları rəsula – sadə bir nəbiyə tabe olanlardır. Əmr edir onlara mərifətlə və nəhy edir onlara bəyənilməyəni və onlar üçün təmiz şeyləri halal və xəbis şeyləri haram edir və onların ağır yüklərini çiyinlərindən götürür və üzərlərindəki zənciri açır. O kəslər ki, onunla inanırlar və ona hörmət bəsləyirlər və ona yardım edirlər və tabedirlər nura – odur ki, nazildir onun ilə – həmin onlardır nicat tapanlar!»
A.Mehdiyev və D.Cəfərli:
O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə – (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Tövrat və İncildə yazılmış gördükləri şəxsə tabe olurlar. (Həmin o Peyğəmbərə ki,) onları hər bir yaxşı işə əmr edir və hər bir pis işdən çəkindirir, onlara (maddi və mənəvi) pakları halal və (maddi və mənəvi) çirkin və murdarları haram edir və boyunlarında olan ağır yükü və zəncirləri (cahiliyyət adətləri və keçmiş şəriətlərin çətin hökmlərini) onların çiynindən götürür. Beləliklə ona iman gətirən, ehtiram göstərən, kömək edən və onunla nazil olan nura (onun kitabına) tabe olanlar həmin nicat tapanlardır!
Kövsər Tağıyev:
Onlar yanlarındakı Tövratda və İncildə yazılı gördükləri Rəsula, o ümmi peyğəmbərə tabe olan kimsələrdir. O, onlara yaxşılığı əmr edər, onları pislikdən daşındırar. Onlara yaxşı və təmiz şeyləri halal, pis şeyləri isə haram buyurar. Üzərlərindəki ağır yükləri və zəncirləri qaldırar. Ona iman edənlər, ona ehtiram göstərənlər, ona yardım edənlər və ona endirilən nura (Qur`ana) tabe olanlar ki var, onlar qurtuluşa nail olanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslər üçün ki, onlar, haqqında özlərindəki Tövrat və İncildə yazılmış olduğunu gördükləri elçinin - ümmi [yazıb oxumağı bilməyən] peyğəmbərin ardınca gedirlər; o, onlara yaxşı işlər buyurar və xoşagəlməz əməlləri qadağan edər, təmiz şeyləri onlara halal, murdar şeyləri isə haram edər, üzərlərindəki yükü və qandalları onlardan götürər. Ona inanan, kömək göstərən, tərəfdar olanlar və onunla nazil edilmiş Nurun [Quranın] ardınca gedənlər məhz bunlar qazananlardır!"
Sabirə Dünyamalıyeva:
onlara yaxşı işlər görməyi əmr edən və pis əməlləri qadağan edən, təmzi və xoş şeylərə icazə verən, napak, murdar və çirkli şeylərə icazə verməyən, bellərindən ağır yükləri, üstlərindən bağları və zəncirləri götürən, yanlarındakı Tövratda və İncildə yazılmış olduğunu görəcəkləri şəhərli/Məkkəli Peyğəmbərə, o elçiyə tabe olan kəslərə yazacağam. Elə isə, Ona iman gətirən, Ona möhkəm ehtiram göstərən, Ona yardımçı olan və Onunla birgə nazil olan nurun ardınca gedənlər ki var, bax onlar, nicat tapan kəslərin elə özüdür."