Şüəra Surəsi 158. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
Bünyadov-Məmmədəliyev:
Artıq əzab onları yaxaladı (hamısı məhv oldu). Şübhəsiz ki, bunda (Salehin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
Elmir Quliyev :
Их постигло наказание. Воистину, в этом знамение, но большинство их не стали верующими.
Ələddin Sultanov:
Buna görə əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Ancaq onların çoxu iman gətirməz.
Kerbelayi Malik ağa:
Beləcə onları əzab yaxaladı. Şübhəsiz ki, bunda mütləq bir ayə (ibrət) vardır. Onların çoxu mömin olmadılar.
Ələsgər Musayev:
Tutdu onları əzab. Həqiqətən, bunda ayətlər var olmadı əksəriyyəti onların inanan.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, (vəd olunmuş) əzab onları yaxaladı. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət qəzəbinə dair) bir nişanə (ibrət) vardır. nların əksəriyyəti haqqa iman gətirən deyildi.
Kövsər Tağıyev:
Beləliklə, onları əzab yaxaladı. Şübhəsiz, bunda bir ibrət var. Onların çoxu isə etməmişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onları əzab yaxaladı. Həqiqətən, bunda bir ibrət vardır, onların çoxu isə inanmır.
Sabirə Dünyamalıyeva:
Buna görə onları əzab yaxaladı. Doğrusu bunda, böyük bir dərs vardır, amma onların çoxu iman etmədilər.