Saffat Surəsi 158. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların (Cəhənnəmə) gətiriləcəyini bilirlər.
Bünyadov-Məmmədəliyev:
(Müşriklərə həm özlərindən) Onunla (Allahla) cinlər (pərilər, yaxud mələklər) arasında bir qohumluq əlaqəsi icad etdilər. Həqiqətən, cinlər onların (bu sözü deyənlərin qiyamət günü Cəhənnəmə) gətiriləcəyini bilirlər.
Elmir Quliyev :
Они установили родство между Ним и джиннами, но джинны знают, что они будут собраны (неверующие будут собраны в Геенне, или джинны будут собраны для расчета).
Ələddin Sultanov:
(Müşriklər) Allahla cinlər arasında qohumluq əlaqəsi olduğunu uydurdular. Şübhəsiz ki, cinlər özlərinin (haqq-hesab yerinə) gətiriləcəklərini bilirlər.
Kerbelayi Malik ağa:
Allah ilə cinlər arasında qohumluq əlaqəsi olduğunu uydurdular. And olsun ki, cinlər (cəhənnəmdə) mütləq hazır olacaqlarını bilirdilər.
Ələsgər Musayev:
Onda nicat verdik ona əhlinə onun cəmiyyən,
A.Mehdiyev və D.Cəfərli:
Onlar Allahla cinlər arasında qohumluq əlaqəsinin olmasına qail oldular, halbuki cinlər özləri (qiyamət günü hesab əzab üçün) hüzura gətiriləcəklərini bilirlər.
Kövsər Tağıyev:
Allah ilə cinlər arasında da qohumluq əlaqəsi qurdular. Halbuki cinlər özlərinin Allahın hüzuruna gətiriləcəklərini bilirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Onunla cinlər arasında qohumluq olduğunu uydurdular. Cinlər isə artıq bilirdilər ki, onlar; hüzura toplayacaqlar.
Sabirə Dünyamalıyeva:
onlar, Allah ilə gizli güclər arasında bir qohumluq əlaqəsi qurdular. Halbuki, and olsun ki, gizli güclər özlərinin [də] həqiqətən hüzura gətirilənlərdən/məhşərdə bir yerə yığılanlardan olacaqlarını bilirlər.