Nisa Surəsi 158. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
Elmir Quliyev :
О нет! Это Аллах вознес его к Себе, ведь Аллах Могущественный, Мудрый.
Ələddin Sultanov:
Əksinə, Allah onu (İsanı) Özünə (Öz dərgahına) qaldırmışdır. Allah yenilməz qüvvət hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Xeyr, Allah Onu Özünə yüksəltdi. Allah Əzizdir (üstündür, güclüdür), Hakimdir (hökm hikmət sahibidir).
Ələsgər Musayev:
Bəli, ucaltdı onu Allah Özünə tərəf.Oldu Allah Əziz, Həkim!
A.Mehdiyev və D.Cəfərli:
əksinə, Allah onu (diri halda dünyadakı bədəni ilə) Özünə (dərgahına) tərəf qaldırıb. Allah həmişə yenilməz qüdrət (xilqət şəriətdə) hikmət sahibidir.
Kövsər Tağıyev:
Lakin Allah onu özünə (öz qatına) yüksəltmişdir. Allah üstün güclüdür, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Allah qüdrət hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Əksinə, Allah onu Öz [dərgahına] qaldırdı/[onun] dərəcəsini artırdı. Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edəndir.