Əlixan Musayev:
Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”.
Bünyadov-Məmmədəliyev:
(Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? (Ya Rəsulum!) Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz. De: “Gözləyin, doğrusu, biz də gözləyirik!”
Elmir Quliyev
:
Неужели они ожидают чего-либо помимо того, что к ним явятся ангелы, или явится твой Господь, или явятся некоторые из знамений твоего Господа? В тот день, когда явятся некоторые знамения твоего Господа, вера не принесет пользы душе, если та не уверовала прежде или не приобрела благодаря своей вере добро. Скажи: "Ждите, и мы тоже подождем".
Ələddin Sultanov:
Onlar ancaq özlərinə mələklərin, yaxud, Rəbbinin və ya Rəbbinin bəzi əlamətlərinin gəlməsinimi gözləyirlər?! Rəbbinin bəzi əlamətlərinin gələcəyi gün, əvvəlcədən iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış kimsəyə artıq imanı fayda verməyəcək. De: “Gözləyin! Şübhəsiz, biz də gözləyirik”. (Müşriklər Allahı, yaxud mələkləri açıq şəkildə görmədikcə və ya peyğəmbərin bildirdiyi bəzi qiyamət əlamətləri meydana gəlmədikcə iman gətirməyəcəklərini söyləyirdilər.)
Kerbelayi Malik ağa:
Yoxsa onlar mələklərin gəlməsinimi yaxud Sənin Rəbbinin gəlməsinimi və ya Sənin Rəbbindən bəzi ayələrin (möcüzələrin) gəlməsinimi gözləyirlər? Rəbbindən bəzi ayələrin (möcüzələrin) gəldiyi gün daha əvvəl iman etməmişsə (amənu olmamışsa) və ya imanıyla bir xeyir qazanmamışsa, onun imanı özünə bir fayda verməz. De ki: ‘Gözləyin! Şübhəsiz ki, Biz də gözləyənlərik.’
Ələsgər Musayev:
Ya deyərsiz: «Əgər nazil olsa idi üzərimizə kitab, olardıq hidayətli onlardan». Fəqət gəldi sizə bəyanat Rəbbinizdən və hidayət və rəhmət. Kim zalimdir o kəsdən ki, yalan saya ayətlərilə Allahı və dəf edə onlardan? Cəzalandıracaq o kəsləri ki, dəf edirlər Bizim ayətlərimizdən, pis əzabla, nə ilə ki, oldular dəf edənlər!
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa onlara (əzab) mələklərin(in) gəlməsini, ya Rəbbinin (Onun rübubiyyətinin bütün nişanələrinin – Qiyəmətin) gəlməsini, ya Rəbbinin (ölümün əlamətlərindən ibarət) bəzi nişanələrinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi nişanələrinin gələcəyi gün, ondan əvvəl imanı olmayan və ya iman halında bir şey əldə etməmiş şəxsə iman gətirməsinin bir xeyri olmayacaqdır (o, birinci halda kafir, ikinci halda isə itaətsiz günahkar halda dünyadan köçəcəkdir). De: «(Əzabın gəlməsini) gözləyin ki, biz də gözləyirik.»
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Onlar (iman etmək üçün) ancaq özlərinə mələklərin gəlməsini və ya Rəbbinin gəlməsini, ya da Rəbbinin bəzi ayələrinin gəlməsinimi gözləyirlər? Rəbbinin ayələrindən bəzisinin gəldiyi gün daha əvvəl iman etməmiş və ya imanında bir xeyir qazanmamış olan bir kimsəyə (ogünkü) imanı fayda verməz. De ki: “Siz gözləyin. Şübhəsiz, biz də gözləyirik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar gözləyirlər ki, onlara mələklər və ya sənin Rəbbin, yaxud sənin Rəbbinin bəzi dəlilləri [qiyamət əlamətləri] gəlsin? Rəbbinin bəzi dəlillərinin gəldiyi gün, əgər əvvəlcədən iman gətirməyibsə və ya öz imanı ilə bir xeyir qazanmayıbsa, heç bir kəsə iman gətirməsi fayda verməyəcəkdir. De: "Gözləyin, biz də gözləməkdəyik!"
Sabirə Dünyamalıyeva:
Mələklərin gəlişindən, yaxud da Rəbbinin gəlişindən, yaxud da Rəbbinin bəzi nişanələrinin/işarətlərinin gəlişindən başqa bir şeymi gözləyirlər? Rəbbinin nişanələrindən/işarətlərindən bəzisi gəldiyi gün, daha əvvəl iman etməmiş və ya imanından bir xeyir qazanmamış kimsəyə, artıq inanması bir fayda verməz. De ki: "Gözləyin; doğrusu, biz də gözləyənlərik."