Bəqərə Surəsi 159. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlillər doğru yol göstərən ayələr vəhy olunduqdan sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm lənət edə bilənlər lənət oxuyurlar!
Bünyadov-Məmmədəliyev:
Kitabda (Tövratda) insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lənətinə düçar olar bütün lənət edə bilənlər onlara lənət oxuyar.
Elmir Quliyev :
Воистину, тех, которые скрывают ниспосланные Нами ясные знамения и верное руководство после того, как Мы разъяснили это людям в Писании, проклянет Аллах и проклянут проклинающие ,
Ələddin Sultanov:
Kitabda (Tövratda) insanlar üçün açıq-aydın dəlilləri doğru yolu nazil edib bəyan etdikdən sonra onları gizlədənlərə Allah (bütün) lənət edə bilənlər lənət edərlər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, bəyyinələrdən endirdiyimiz şeyləri hidayəti Kitabda insanlara açıqladıqdan sonra gizlədənlərə Allah lənət edər lənətedicilər onlara lənət edər.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, gizlədirlər ki, nazil etdik bəyanatlardan hidayətdənondan sonra ki, bəyan etdik onu insanlar üçün kitabda - həmin onlardır kilənətləyir onları Allah lənətləyir onları lənətləyənlər.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən (Muhəmmədin-səlləllahu əleyhi alihi səlləm-peyğəmbərliyi kitabı barəsində) nazil etdiyimiz aydın dəlillər hidayətləri kitabda (Tövrat İncildə) insanlara bəyan etməyimizdən sonra, (onları) gizlədən kəslər, məhz onlardır Allahın lənətlədiyi həmçinin (bütün) lənət oxuyanların lənətlədiyi kəslər!
Kövsər Tağıyev:
Biz endirdiyimiz açıq-aydın dəlilləri hidayəti Kitabda açıqladıqdan sonra onları gizləyənlərə həm Allah lənət edər, həm bütün lənət edənlər lənət edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Kitabda insanlar üçün aydınlaşdırdığımızdan sonra nazil etdiyimiz ayələri düz yolu gizli saxlayanları onları Allah da lənətləyər lənət edənlər lənətləyər.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, endirdiyimiz açıq dəlilləri doğru yol bələdçisini Biz kitabda insanlara açıq-aşkar göstərdikdən sonra, [onu] gizləyən kəsləri Allah uzaqlaşdırıb [qovub] gözdən salar, həmçinin digər uzaqlaşdıranlar da.