Nəhl Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əlamətlər (yaratdı). (İnsanlar) ulduzlar vasitəsilə (getdikləri) yolu müəyyənləşdirirlər.
Bünyadov-Məmmədəliyev:
(Yollarda dərə, təpə, çuxur kimi) əlamətlər (müəyyən etdi). (İnsanlar gecə vaxtı) yollarını (və qibləni) ulduzlar vasitəsilə taparlar.
Elmir Quliyev :
Он создал знаки. А по звездам они находят правильную дорогу.
Ələddin Sultanov:
(Başqa) nişanələr (yaratdı). Onlar ulduzlarla da yollarını taparlar.
Kerbelayi Malik ağa:
Əlamətlər (işarələr) ulduzla onlar yolu taparlar.
Ələsgər Musayev:
əlamətlər. Ulduzlarla onlar hidayət olunurlar.
A.Mehdiyev və D.Cəfərli:
həmçinin (yerdə, insanları öz məqsədlərinə doğru istiqamətləndirmək üçün) əlamətlər (qoydu) onlar (axşam) (qütb sairə) ulduz(unun) vasitəsilə yolu tapırlar.
Kövsər Tağıyev:
İnsanlar ulduzlarla da yollarını tapırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Əlamətlər (müəyyən etdi). Adamlar ulduzlarla da yolu taparlar.
Sabirə Dünyamalıyeva:
onlar ulduzlarla/dəstə-dəstə Quran ayələriylə yollarını tapırlar.