Bəqərə Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir. Amma onların ticarəti qazanc gətirmədi (özləri də) doğru yola yönəlmədilər.
Bünyadov-Məmmədəliyev:
Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir gətirmədi haqq yolu da tapmadılar.
Elmir Quliyev :
Они те, которые купили заблуждение за верное руководство. Но сделка не принесла им прибыли, и они не последовали прямым путем.
Ələddin Sultanov:
Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların ticarəti xeyir gətirmədi onlar doğru yolu tapmadılar.
Kerbelayi Malik ağa:
Onlar, o kəslərdir ki, hidayətin əvəzinə dəlaləti satın aldılar. Lakin onların ticarəti onlara heç bir fayda vermədi hidayətdə deyillər.
Ələsgər Musayev:
Həmin onlar o kəslərdir kialdılar zəlaləti hidayət əvəzində onların ticarəti gəlir gətirmədi olmadılar hidayətlilər.
A.Mehdiyev və D.Cəfərli:
Onlar azğınlığı hidayət bahasına satın almış kəslərdir. Buna görə ticarətləri bir xeyir verdi, (haqq) yolu tapanlardan oldular.
Kövsər Tağıyev:
Onlar hidayətin müqabilində sapqınlığı satın almış kəslərdir. Buna görə alış-verişləri onlara qazanc gətirməmiş (nəticədə) doğru yolu tapa bilməmişlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar düz yolu verib əyri yolu alanlardır. Onların bu alış-verişi xeyir gətirmədi onlar doğru yol tutan olmadılar.
Sabirə Dünyamalıyeva:
Bax onlar, doğru yol əvəzinə azğınlığı satın alan kəslərdir onların ticarəti qazanc gətirmədi onlar yönləndirildikləri yolu tapanlardan olmadılar.