Əlixan Musayev:
Süleyman Davuda (peyğəmbərlikdə) varis oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, (bizə göstərilən) açıq-aşkar üstünlükdür”.
Bünyadov-Məmmədəliyev:
Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!”
Elmir Quliyev
:
Сулейман (Соломон) наследовал Давуду (Давиду) и сказал: "О люди! Мы обучены языку птиц, и нам даровано от всего сущего. Это и есть явное превосходство (или явная милость)".
Ələddin Sultanov:
Süleyman Davuda varis olmuş və: “Ey insanlar! Bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür”, - demişdi.
Kerbelayi Malik ağa:
Süleyman (ə.s), Davuda (ə.s) varis oldu. ‘Ey insanlar! Quş dili bizə öyrədildi. Bizə hər şeydən verildi. Şübhəsiz ki, bu, açıq-aşkar bir fəzldir.’ dedi.
Ələsgər Musayev:
Və Süleyman varis idi Davuda və dedi: «Ay insanlar! Öyrədildi bizə quşların nitqi və əta olundu bizə külli şeylərdən! Həqiqətən, bu, aşkar fəzilətdir!»
A.Mehdiyev və D.Cəfərli:
Süleyman (peyğəmbərliyi, elmi, möcüzəni və mal-dövləti) Davuddan irs olaraq apardı və dedi: «Ey insanlar, bizə quş dili öyrədildi və hər bir şeydən (mənəvi kamallardan və maddi vəsaitlərdən) bizə verildi. Həqiqətən, bu, həmin açıq-aşkar fəzilətdir».
Kövsər Tağıyev:
Süleyman Davuda varis oldu və: “Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şey verildi. Həqiqətən, bu, açıq-aşkar bir lütfdür”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Süleyman Davudun varisi oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədilib və bizə hər şeydən verilibdir. Həqiqətən də bu, açıq-aşkar üstünlükdür."
Sabirə Dünyamalıyeva:
Və Süleyman, Davuda varis oldu. Və Süleyman: "Ey insanlar! Bizə quşların məntiqi [səslərindən, hərəkətlərindən məna çıxarmaq] öyrədildi və bizə hər şeydən verildi" dedi. -Həqiqətən bu, açıq-aşkar bir lütfdür.-