Qəsəs Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Musa) dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
(Musa) dedi: “Ey Rəbbim! Şübhəsiz ki, mən (bu qibtini vurub öldürməklə) özüm-özümə zülm etdim. Buna görə məni bağışla!” (Allah Musanı) bağışladı. Həqiqətən, O, (bəndələrini) bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev :
Он сказал: "Господи! Я поступил несправедливо по отношению к себе. Прости же меня!" Он простил его, ибо Он Прощающий, Милосердный.
Ələddin Sultanov:
Musa: “Ey Rəbbim! Həqiqətən, mən özümə zülm etdim. Məni bağışla!” - dedi. O da onu bağışladı. Şübhəsiz ki, O, bağışlayandır, mərhəmətlidir.
Kerbelayi Malik ağa:
‘Rəbbim, mən nəfsimə zülm etdim, artıq məni məğfirət et.’ dedi. Beləcə onu məğfirət etdi. Şübhəsiz ki, O, Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Dedi: «R?bbim! H?qiq?t?n, m?n oz n?fsim? zulm etdim, bag?sla m?ni!» O bag?slad? onu. H?qiq?t?n, O G?furdur, R?himdir!
A.Mehdiyev və D.Cəfərli:
(Musa) dedi: «Ey Rəbbim, əlbəttə ki, mən (bu qibtini vurub öldürməklə) özüm-özümə zülm etdim, (çünki, özümü Fironun adamlarının təhlükəsinə atdım). Buna görə məni bağışla (onun pis nəticələrindən məni qoru)». Allah onu bağışladı. Həqiqətən, O, bağışlayan mehribandır.
Kövsər Tağıyev:
Musa: “Rəbbim! Şübhəsiz, mən nəfsimə zülm etdim. Məni bağışla”, dedi. Allah da onu bağışladı. Həqiqətən, o, çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa dedi: "Rəbbim, mən öz-özümə zülm etdim, məni bağışla". O da onu bağışladı. Şübhəsiz ki, O, bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Musa: "Ey Rəbbim! Şübhəsiz ki, özümə zülm etdim. Artıq məni bağışla!" dedi Allah onu bağışladı. Şübhəsiz ki, çox bağışlayan, çox rəhm edən O Özüdür.