Ali-İmran Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla bizi Od əzabından qoru!”– deyirlər;
Bünyadov-Məmmədəliyev:
O bəndələr ki: “Ey Rəbbimiz, biz həqiqətən (Sənə) iman gətirmişik, günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru!” deyirlər.
Elmir Quliyev :
которые говорят: "Господь наш! Воистину, мы уверовали. Прости же нам наши грехи и защити нас от мучений в Огне".
Ələddin Sultanov:
(Bu nemətlər,) “Ey Rəbbimiz, biz həqiqətən, (Sənə) iman gətirdik. Günahlarımızı bağışla bizi cəhənnəm əzabından qoru!” - deyən,
Kerbelayi Malik ağa:
Onlar (təqva sahibləri): ‘Rəbbimiz, biz həqiqətən mömin olduq (iman etdik), artıq bizim günahlarımızı (savaba çevirərək) bizi məğfirət et bizi atəş əzabından qoru.’ deyərlər.
Ələsgər Musayev:
o kəslər ki, deyirlər: «Rəbbimiz, həqiqətən, biz inandıq. Bağışla bizim üçün günahlarımızı qoru bizi od əzabından!»
A.Mehdiyev və D.Cəfərli:
«Ey R?bbimiz, h?qiq?t?n biz iman g?tirdik, bel? is? gunahlar?m?z? bag?sla v? bizi odun ?zab?ndan qoru» dey?n k?sl?r
Kövsər Tağıyev:
(Bunlar) “Rəbbimiz, biz iman etdik. Bizim günahlarımızı bağışla. Bizi cəhənnəm odunun əzabından qoru” deyənlər,
M.Qənioğlu və T.Bilaloğlu:
O kəsləri ki, onlar: "Rəbbimiz! Biz iman gətirdik, günahlarımızı bizə bağışla cəhənnəm odu əzabından bizi qoru!" - deyərlər,
Sabirə Dünyamalıyeva:
Ey Rəbbimiz! Şübhəsiz ki, biz iman gətirdik, artıq bizim günahlarımızı bağışla bizi Atəşin əzabından qoru! deyən,