Rum Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafir olub ayələrimizi axirətə düşəcəklərini yalan sayanlar isə əzaba giriftar ediləcəklər.
Bünyadov-Məmmədəliyev:
Kafir olub ayələrimizi axirətə qovuşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün hüzurumuzda duracaqlarını) inkar edənlər isə əzab verilmək üçün hazırlanacaqlar (gətiriləcəklər).
Elmir Quliyev :
А те, которые не уверовали и сочли ложью Наши знамения и встречу в Последней жизни, будут испытывать мучения.
Ələddin Sultanov:
Kafir olub ayələrimizi axirətə qovuşacaqlarını yalanlayanlar isə əzaba sürüklənəcəklər.
Kerbelayi Malik ağa:
Onlar ki (kafirlərdir), ayələrimizi inkar təkzib etdilər (yalanladılar) axirətə mülaki olmağı (təkzib etdilər). Onlar əzab içində hazır olacaqlar.
Ələsgər Musayev:
amma o kəslər ki, kafir olub yalan saydılar ayətlərimizlə Bizi axirət görüşünü həmin onlar əzabda hazır olacaqlar.
A.Mehdiyev və D.Cəfərli:
Lakin kafir olub Bizim ayələrimizi axirət görüşünü təkzib edənlər (Cəhənnəm) əzab(ın) a gətiriləcəklər.
Kövsər Tağıyev:
İnkar edib ayələrimizi axirətə qovuşmağı yalan sayanlar isə əzaba atılacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Küfr edib ayələrimizi axirət görüşünü yalan hesab edənlər isə əzab içərisinə salınacaqlar.
Sabirə Dünyamalıyeva:
Kafirlere [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlərə], ayələrimizi axirət görüşünü inkar edən kəslərə gəldikdə isə, bax onlar əzab içində hazır saxlanılacaqlar.