Əlixan Musayev:
(Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
(Loğman öyüd-nəsihətinə davam edərək) dedi: “Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!
Elmir Quliyev
:
О сын мой! Если нечто весом с горчичное зернышко будет внутри скалы, или на небесах, или в земле, то Аллах принесет его. Воистину, Аллах — Проницательный (или Добрый), Ведающий.
Ələddin Sultanov:
(Loğman oğluna belə nəsihət etdi:) “Ey oğlum! Şübhəsiz, (etdiyin yaxşı və ya pis bir iş) xardal dənəsi ağırlığında olub bir qayanın içində, yaxud göylərdə və ya yerin içində olsa belə, Allah onu (sənin qarşına) gətirər. Həqiqətən, Allah lətifdir (ən gizli və ən incə işləri də görəndir), hər şeydən xəbərdardır.
Kerbelayi Malik ağa:
Ey övladım! Şübhəsiz ki, o (əməlin), bir xardal dənəsi qədər də olsa və o, bir qaya içində və ya göylərdə və ya yerdə belə olsa, Allah onu (qiyamət günü həyat filmində qarşına) gətirər. Şübhəsiz ki, Allah Lətifdir (lütf sahibi), Xəbirdir (xəbərdar olan).
Ələsgər Musayev:
«Ay oğlum! Əgər olarsa xardaldan olan
toxumun misqalı qədər və olarsa süxurlar arasında, ya
səmalarda, ya ərzdə, gətirəcək onu Allah. Həqiqətən, Allah
Lətifdir, Xəbirdir!
A.Mehdiyev və D.Cəfərli:
(Loğman dedi:) «Ey mənim əziz oğlum, (insanın əməli) bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya yerin təkində olmuş olsa, Allah onu (Qiyamət günü Məhşərə) gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah dəqiqdir, ən incə şeyləri görəndir və (hər şeydən) xəbərdardır».
Kövsər Tağıyev:
(Loğman nəsihət verməyə davam edərək belə dedi:) “Oğlum! Şübhəsiz, edilən iş bir xardal dənəsi ağırlığında da olsa, bir qayanın içində, yaxud göylərdə və ya yerin içində də olsa, Allah onu çıxarıb gətirər. Çünki Allah ən gizli şeyləri biləndir, (hər şeydən) haqqı ilə xəbərdar olandır”.
M.Qənioğlu və T.Bilaloğlu:
(Loğman dedi): "Oğlum, əgər bu [günah və ya savab işlər], lap xardal dənəsi ağırlığında olub bir qaya içərisində, yaxud göylərdə və ya yerin olsa da, Allah onu üzə çıxarar. Axı Allah incəlikləri biləndir, xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Ey oğlum! Şübhəsiz ki, Allaha şərik qoşmaq; işlənən pis bir əməl bir xardal dənəsi ağırlığında olsa da bir qayanın içində, yaxud göylərdə və ya yerin içində olsa, Allah onu gətirəcək. Şübhəsiz ki, Allah, ən lətif, hər şeydən xəbərdar olandır.