Əlixan Musayev:
Onların üstündə də oddan təbəqələr, altında da (oddan) təbəqələr olacaqdır. Allah Öz qullarını bununla qorxudur. Ey qullarım! Məndən qorxun!
Bünyadov-Məmmədəliyev:
Onların üstlərində və altlarında oddan sipər (kölgəlik) vardır. Allah Öz bəndələrini bununla (bu əzabla) qorxudur. Ey bəndələrim! Məndən qorxun!
Elmir Quliyev
:
Над ними будут навесы из огня, и под ними будут навесы". Этим Аллах устрашает Своих рабов. О рабы Мои, бойтесь Меня!
Ələddin Sultanov:
Onların həm üstlərində, həm də altlarında oddan təbəqələr var. Allah Öz bəndələrini bununla qorxudur. Ey bəndələrim, Məndən qorxun!
Kerbelayi Malik ağa:
Onların üstündə və altında atəşdən kölgələr vardır. Bax belə, Allah qullarını onunla qorxudur. Ey qullarım! Elə isə Mənə qarşı təqva sahibi olun.
Ələsgər Musayev:
Onlar üçün fövqlərindən və altlarından
oddan pərdə vardır. Belə xoflandırır Allah onunla öz
bəndələrini: ay bəndələrim qorxun Məndən!
A.Mehdiyev və D.Cəfərli:
Onlar üçün başlarının üstündə oddan «kölgəliklər», həmçinin ayaqlarının altında (aşağıdakı təbəqənin odundan) «kölgəliklər» vardır. Allahın Öz bəndələrini qorxutduğu budur (bu əzabdır). Ey Mənim bəndələrim, Məndən qorxun!
Kövsər Tağıyev:
Onlar üçün üstlərinə atəşdən sipərlər, altlarında (atəşdən) sipərlər var. Allah qullarını bununla qorxudur. Ey qullarım! Mənə qarşı gəlməkdən çəkinin.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların üstündən də, altından da oddan talvarlar olacaqdır. Allah bununla Öz bəndələrini qorxudur. Ey bəndələrim, Məndən qorxun!
Sabirə Dünyamalıyeva:
Onların üstündə də oddan təbəqələr, altında da təbəqələr var. Allah, qullarını bax bununla qorxudur: Ey qullarım! Mənim mühafizəm altına daxil olun.-