Əlixan Musayev:
Aranızda belə (yaramaz) iş tutanların hər ikisinə əziyyət verin. Əgər tövbə edib (əməllərini) islah etsələr, onlardan əl çəkin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
İçərinizdən belə qəbih iş görənlərin hər ikisinə əziyyət verin. Əgər tövbə edib özlərini düzəltsələr, onları incitməkdən vaz keçin! Əlbəttə, Allah tövbələri qəbul edəndir, (bəndələrini) bağışlayandır!
Elmir Quliyev
:
Если двое из вас совершат такой поступок (прелюбодеяние), то подвергните обоих наказанию. Если они раскаются и станут поступать праведно, то оставьте их, ведь Аллах — Принимающий покаяния, Милосердный.
Ələddin Sultanov:
İçinizdən zina edən iki nəfərin hər ikisinə də əziyyət verin! Əgər onlar tövbə edib özlərini düzəltsələr, onlardan (əziyyət verməkdən) əl çəkin! Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, mərhəmətlidir.
Kerbelayi Malik ağa:
İçinizdən onu (zina) edənlərin ikisinə də artıq əziyyət verin. Lakin, əgər tövbə edər və islah olsalar, o zaman ikisindən də (əziyyət verməkdən) vaz keçin. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, Rəhimdir.
Ələsgər Musayev:
Sizlərdən
bunu edən hər iki kəsə əzab verin. Əgər qayıdarlarsa və islah
edərlərsə, onda onlardan əl çəkin. Həqiqətən, olar Allah
Təvvab, Rəhim!
A.Mehdiyev və D.Cəfərli:
(Ey İslam hakimləri) sizlərdən həmin əməli (zinanı) etmiş hər iki nəfəri (arvadı olmayan kişi ilə əri olmayan qadını ilahi cəza növünün icrası ilə) incidin. Əgər (cinayətlərinin qazının yanında sübut olunmasından qabaq) tövbə etsələr və (özlərini) düzəltsələr, onlardan vaz keçin. Həqiqətən Allah həmişə tövbələri qəbul edən və mehribandır.
Kövsər Tağıyev:
Sizdən əxlaqsız iş görənlərin (zina edənlərin) hər ikisini də incidib danlayın. Əgər onlar tövbə edib islah olsalar, onları incidib danlamaqdan əl çəkin. Çünki Allah tövbələri çox qəbul edəndir, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
İçərinizdən belə iş tutanların hər ikisinə [kişi və ya qadına] əziyyət verin. Əgər tövbə edib düzəlsələr, onlardan əl çəkin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Sizlərdən cinsi pozğunluq edən iki kişi [isə], dərhal hər ikisinə əziyyət verin. Əgər tövbə etsələr və [özlərini] düzəltsələr artıq onlardan uzaq durun [onlara əziyyət etməkdən əl çəkin]. Şübhəsiz ki, Allah tövbələri çox qəbul edən, çox tövbə fürsəti verəndir, çox rəhm edəndir.