Maidə Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır düz yola yönəldir.
Bünyadov-Məmmədəliyev:
Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar düz yola istiqamətləndirər!
Elmir Quliyev :
Посредством его Аллах ведет по путям мира тех, кто стремится снискать Его довольство. Он выводит их по Своему соизволению из мраков к свету и наставляет их на прямой путь.
Ələddin Sultanov:
Allah, Öz rizasına uyanları onunla (Quranla) əmin-amanlıq yollarına yönəldər Öz iznilə onları qaranlıqdan aydınlığa çıxarıb doğru yola istiqamətləndirər.
Kerbelayi Malik ağa:
Allah (c. c.) rizasına tabe olan şəxsi onunla (Rəsulu ilə) təslim yollarına hidayət edər. Öz izniylə onları qaranlıqdan aydınlığa (zülmətdən nura) çıxardıb Sirati Müstəqimə hidayət edər.
Ələsgər Musayev:
Allah onunla o kəslər ki, Onun razılığına tabedirlər, təslim olma yoluna hidayət edib Öz izni ilə onları zülmətdən nura tərəf çıxardar hidayət edər onları düz yola!
A.Mehdiyev və D.Cəfərli:
Allah (iman gətirib) Onun razılığına tabe olanları o (nur kitabın) vasitəsilə (üsulid-din füruid-dinin yolu olan) salamatlıq yollarına hidayət edir, onları Öz köməyi ilə qaranlıqlardan (küfr, nifaq itaətsizlik zülmətlərindən) nura tərəf çıxardır doğru yola hidayət edir.
Kövsər Tağıyev:
Allah, rizasını axtaranları onunla salamatlıq yollarına yönəldər onları izni ilə qaranlıqlardan aydınlığa çıxarıb onları doğru yola yönəldər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah bu Kitabla Onun razılığını arayıb salamat yollar tutanları düz yola aparır onları Öz izni ilə zülmətlərdən nura çıxarıb doğru bir yola yönəldir.
Sabirə Dünyamalıyeva:
Həqiqətən sizə Allahdan bir nur açıq-aydın bir Kitab gəldi. Allah, o Kitabla Özünün razılığına tabe olanları salamatlıq yollarına yönəldər. Öz elmi ilə onları qaranlıqdan nura çıxarar düz yola yönəldər.