Qaf Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnsanı Biz yaratdıq nəfsinin ona nəyi vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq.
Bünyadov-Məmmədəliyev:
And olsun ki, insanı Biz yaratdıq nəfsinin ona vəsvəsə etdiyini Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur!)
Elmir Quliyev :
Мы сотворили человека и знаем, что нашептывает ему душа. Мы ближе к нему, чем яремная вена.
Ələddin Sultanov:
Şübhəsiz ki, insanı Biz yaratdıq nəfsinin ona verdiyi vəsvəsələri bilirik. Biz ona şah damarından daha yaxınıq.
Kerbelayi Malik ağa:
And olsun ki, insanı Biz yaratdıq. Nəfsinin ona vəsvəsələr verəcəyini bilirik. Biz ona şah damarından daha yaxınıq.
Ələsgər Musayev:
Əlbəttə, Biz xəlq etdik insanı bilirik nəfsi ona vəsvəsə edir. Biz ona boyun damarından yaxınıq.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, insanı Biz yaratdıq nəfsinin ona ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq.
Kövsər Tağıyev:
And olsun, insanı biz yaratdıq nəfsinin ona verdiyi vəsvəsəni biz bilirik. Çünki biz ona şah damarından daha yaxınıq.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanı Biz xəlq etmişik nəfsinin ona nəyi vəsvəsə [təlqin] etdiyini bilirik. Axı Biz ona şah damarından da yaxınıq.
Sabirə Dünyamalıyeva:
and olsun ki, insanı Biz əmələgətirdik. Nəfsinin ona nələr pıçıldadığını da bilirik. Biz, ona şah damarından da yaxınıq.