Əlixan Musayev:
Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”.
Bünyadov-Məmmədəliyev:
Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir (həmişəlik Cəhənnəmdə qalacaqsınız). Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!”
Elmir Quliyev
:
Горите в нем! Вам все равно, будете вы терпеть или нет. Вам воздается только за то, что вы совершали.
Ələddin Sultanov:
Girin ora! (Əzaba) dözsəniz də, dözməsəniz də sizin üçün birdir. Siz yalnız etdiklərinizə görə cəzalandırılırsınız”.
Kerbelayi Malik ağa:
Yanın orada. Artıq səbir etsəniz də, səbir etməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir.
Ələsgər Musayev:
Yanın onda!
Səbr edəsiniz, ya səbr etməyəsiniz – bərabərdir sizin üçün. Siz
ancaq etdiyiniz əməllərə görə cəzalanırsınız!
A.Mehdiyev və D.Cəfərli:
Ona daxil olun və yanın. Səbr etsəniz də, səbr etməsəniz də sizin üçün eynidir. Siz yalnız etdiklərinizin müqabilində (və ya əməllərinizin təzahürü ilə) cəzalandırılırsınız.
Kövsər Tağıyev:
“Girin oraya. İstər dözün, istərsə dözməyin, sizin üçün birdir. Sizə ancaq etdiklərinizin qarşılığı verilir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Oraya girin! Dözün və ya dözməyin, sizin üçün birdir. Sizə ancaq etdiyiniz işlərin əvəzi verilir.
Sabirə Dünyamalıyeva:
İstər səbr edin, istər etməyin, artıq sizin üçün eynidir. Siz, yalnız əməllərinizin əvəzini alacaqsınız!-