Əlixan Musayev:
Onlar andlarını özlərinə sipər edib (insanları) Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir.
Bünyadov-Məmmədəliyev:
Onlar andlarını özlərinə sipər etdilər və (xalqı) Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir.
Elmir Quliyev
:
Они сделали свои клятвы щитом и сбили других с пути Аллаха. Им уготованы унизительные мучения.
Ələddin Sultanov:
Onlar andlarını qalxan edib (insanları) Allah yolundan döndərdilər. Buna görə də onları alçaldıcı bir əzab gözləyir.
Kerbelayi Malik ağa:
Andlarını özlərinə sipər etdilər. Beləcə (insanları) Allahın yolundan döndərdilər. Artıq onlar üçün alçaldıcı əzab vardır.
Ələsgər Musayev:
Öz andlarını qalxan
kimi götürdülər və Allah yolundan sədd çəkərək əyildilər.
Onlar üçün alçaldıcı əzab var!
A.Mehdiyev və D.Cəfərli:
Onlar (xəyanətlərini təmizə çıxarmaq üçün) andlarını bir sipər etmişlər. Beləliklə, (bu vasitə ilə özlərini və camaatı) Allahın yolundan saxlamışlar, onlar üçün alçaldıcı bir əzab vardır.
Kövsər Tağıyev:
Onlar andlarını sipər edib (insanları) Allahın dinindən yayındırdılar. Buna görə də onlar üçün alçaldıcı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar andlarını özlərinə bir sipər etdilər, (insanları) Allahın yolundan yayındırdılar. Onlar üçün rüsvayedici bir əzab vardır.
Sabirə Dünyamalıyeva:
Andlarını [özlərinə] qalxan etdilər və Allah yolundan döndərdilər. Artıq onlar üçün alçaldıcı bir əzab var.