Müzzəmmil Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Firon elçiyə asi oldu. Biz onu şiddətli bir əzabla yaxaladıq.
Bünyadov-Məmmədəliyev:
Firon o peyğəmbərə (Musaya) asi oldu Biz onu şiddətli əzabla yaxaladıq (həm özünü, həm onunla birlikdə olanları suda boğduq).
Elmir Quliyev :
Фараон ослушался посланника, и Мы схватили его Хваткой суровой.
Ələddin Sultanov:
Ancaq Firon peyğəmbərə qarşı çıxdı. Buna görə onu şiddətli əzabla yaxaladıq.
Kerbelayi Malik ağa:
Lakin Firon rəsula asi oldu. Bunun üzərinə onu çox ağır bir şəkildə yaxaladıq.
Ələsgər Musayev:
Asi oldu Firaun rəsula tutduq Biz onu ələmli tutmaqla.
A.Mehdiyev və D.Cəfərli:
Firon o peyğəmbərə asi oldu, Biz onu ağır bir tərzdə (Öz əzabımızla) yaxaladıq.
Kövsər Tağıyev:
Amma Firon o peyğəmbərə üsyan etdi, biz onu ağır bir şəkildə yaxaladıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Firon peyğəmbərə asi oldu. Biz onu möhkəmcə yaxaladıq.
Sabirə Dünyamalıyeva:
Amma Firon, elçiyə asi oldu Biz onu qorxunc bir şəkildə yaxaladıq.