Əlixan Musayev:
Xeyr! Çünki o, ayələrimizi inadla inkar edir.
Bünyadov-Məmmədəliyev:
Xeyr (bu ola bilməz). Çünki o, ayələrimizə qarşı inadkar oldu.
Elmir Quliyev
:
Но нет! Он упрямо отрицает Наши знамения.
Ələddin Sultanov:
Xeyr! Həqiqətən, o, ayələrimizə qarşı çox inadkardır.
Kerbelayi Malik ağa:
Xeyr, əsla. Şübhəsiz ki, o, Bizim ayələrimizə qarşı (inkar etməkdə) inadkar oldu.
Ələsgər Musayev:
Belə deyil! Həqiqətən, o, Bizim ayətlərimiz qarşısında inad edən oldu!
A.Mehdiyev və D.Cəfərli:
Əsla (artırmaram), çünki, o daim Bizim (tovhidimiz və Rəsulumuzun risaləti barədə olan) nişanələrimizə qarşı inad edir.
Kövsər Tağıyev:
Xeyr, umduğu kimi olmayacaq. Çünki o, bizim ayələrimizə qarşı inadkardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Xeyr! Çünki o, ayələrimizə qarşı çox inadkarlıq göstərir.
Sabirə Dünyamalıyeva:
Qətiyyən onun fikirləşdiyi kimi deyil! Şübhəsiz ki, o, Bizim ayələrimizə/nişanələrimizə/işarətlərimizə qarşı inadkar oldu.