İnsan Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Gümüşdən olan elə büllur qədəhlər ki, (xidmətçilər )onları (cənnətdəkilərin )içmək istədikləri həcmdə hazırlamışlar.
Bünyadov-Məmmədəliyev:
Gümüşdən olan (çox şəffaf olduğu üçün bayırından içərisi görünən) elə büllur (qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə etmişlər.
Elmir Quliyev :
хрусталя серебряного, соразмерных размеров.
Ələddin Sultanov:
Gümüşdən olan bu büllur qədəhləri onların istədikləri ölçüdə hazırlamışlar.
Kerbelayi Malik ağa:
Gümüşdən qədəhlər ki, onların həcmini münasib ölçüdə hazırlamışlar.
Ələsgər Musayev:
O gözəl qabları münasib olaraq gümüşdən təqdir ediblər
A.Mehdiyev və D.Cəfərli:
Cövhəri gümüşdən olan elə büllur (qədəhlərdir) ki, (Cənnətdəkilər, yaxud xidmətçiləri) onları istədikləri ölçüdə hazırlamışlar.
Kövsər Tağıyev:
Gümüşdən büllur qablar ki, onları (ehtiyaca görə) ölçüb düzəltmişlər.
M.Qənioğlu və T.Bilaloğlu:
gümüşə tutulmuş elə büllur [şəffaf] badələr ki, onları (cənnət əhli üçün) müəyyən ediblər.
Sabirə Dünyamalıyeva:
-onların özlərinin nizamladığı büllurları gümüşdəndir-.