Fəcr Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!”–deyər.
Bünyadov-Məmmədəliyev:
Amma zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” söyləyər.
Elmir Quliyev :
Когда же Он испытывает его, ограничивая его в пропитании, тот говорит: "Господь мой унизил меня!"
Ələddin Sultanov:
Ancaq Rəbbi onu sınamaq üçün ruzisini azaltsa, o dərhal: “Rəbbim məni alçaltdı (pərişan etdi)!” - deyər.
Kerbelayi Malik ağa:
Lakin vaxt onu imtahan edib, beləcə onun ruzisini ölçülü verərsə (azaldarsa), o zaman: ‘Rəbbim məni alçaltdı.’ deyər.
Ələsgər Musayev:
Amma onda ki, imtahan edərək onu qədəri üzərində onun Öz ruzisini onda deyər: «Rəbbim, alçaltdı məni!»
A.Mehdiyev və D.Cəfərli:
Amma zaman onu imtahan edib ruzisini azaltsa, «Rəbbim məni alçaltdı»-deyər.
Kövsər Tağıyev:
Amma onu sınayıb ruzisini azaltdıqda isə: “Rəbbim məni alçaltdı”, deyər.
M.Qənioğlu və T.Bilaloğlu:
Amma sınayıb ruzisini azaldanda o deyər: "Rəbbim məni təhqir etdi!"
Sabirə Dünyamalıyeva:
Amma zaman imtahana çəkib ruzisini azaltsa, "Rəbbim məni alçaltdı" deyər.