Əlixan Musayev:
Yoxsa elə hesab edirsiniz ki, Allah sizlərdən cihad edənləri, Allahdan, Onun Elçisindən və möminlərdən başqasını özlərinə sirdaş tutmayanları sınamadan siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdə cihad edənləri, Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır!
Elmir Quliyev
:
Неужели вы полагали, что вас оставят (что вы не будете подвергнуты испытанию), пока Аллах не распознает тех из вас, которые сражались и не избирали себе помощников, кроме Аллаха, Его Посланника и верующих? Воистину, Аллах ведает о том, что вы совершаете.
Ələddin Sultanov:
Yoxsa Allah sizin içinizdən cihad edib Özündən, Peyğəmbərindən və möminlərdən başqasını dost tutmayanları ortaya çıxarmadan sərbəst buraxılacağınızımı zənn etdiniz?! Allah etdiyiniz əməllərdən xəbərdardır.
Kerbelayi Malik ağa:
Yoxsa siz Allahın sizdən cihad edənləri və Allahdan, Onun Rəsulundan, möminlərdən başqasını dost tutmayanları bilməsinə baxmayaraq, tərk ediləcəyinizi sandınız? Allah etdiyiniz şeylərdən xəbərdardır.
Ələsgər Musayev:
Yoxsa hesab
edirsiniz ki, sizi öz başınıza buraxarlar, bir surətdə ki, hələ
Allah məlum etməyib sizdən cihad edənləri və siz Allahdan
və Onun rəsulundan və inananlardan başqalarını özünüzə dost
tutmayıbsınız? Allah Xəbirdir nə ilə ki, əməldəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa Allahın sizlərdən cihad edənləri və Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə sirdaş etməyənləri hələ aydınlaşdırıb üzə çıxarmadığı halda (onlar haqqında olan əzəli elmi gerçəkləşməmiş öz başınıza) buraxılacağınızı zənn edirsiniz? Allah əməllərinizdən xəbərdardır.
Kövsər Tağıyev:
Yoxsa Allah aranızdan, Allahdan, Rəsulundan və möminlərdən başqasını özlərinə sirdaş tutmadan cihad edənləri ayırd etmədən buraxılacağınızı sandınız? Allah etdiklərinizdən haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa siz elə hesab edirsiniz ki, sizlərdən cihad edənləri və nə Allahdan, nə Onun peyğəmbərindən, nə də möminlərdən başqasını özlərinə dost tutmayanları Allah tanıyana kimi siz başlı-başına buraxılacaqsınız? Axı Allah nə etdiklərinizdən xəbərdardır!
Sabirə Dünyamalıyeva:
Yoxsa elə güman edirsiniz ki, Allahın, Elçisinin və inananların altındakılardan [özünə] sirdaş/can yoldaşı qəbul etməyənləri Allah [aydınlaşdırıb] bildirməmiş/işarələyib göstərməmiş sərbsət buraxılacaqsınız? Və Allah, işlədiyiniz əməllərdən çox yaxşı xəbərdardır.