Əlixan Musayev:
De: “Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum) De: “Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi (düzgün) dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!”
Elmir Quliyev
:
Скажи: "Воистину, мой Господь наставил меня на прямой путь, на правильную религию, веру Ибрахима (Авраама), истинное единобожие. Ведь он не был из числа многобожников".
Ələddin Sultanov:
De: “Həqiqətən, Rəbbim məni doğru yola, İbrahimin hənif (Allahın təkliyini qəbul edən) dininə yönəltdi! O, müşriklərdən deyildi”.
Kerbelayi Malik ağa:
‘Şübhəsiz ki, Rəbbim məni hənif olaraq Sirati Müstəqimə, qiyamətə qədər ayaqda qalacaq olan Hz. İbrahimin millətinin dininə hidayət etdi.’ de. O, müşriklərdən olmadı.
Ələsgər Musayev:
Kim yaxşılıqla gələrsə, onun üçündür həmin yaxşılığın on misli. Kim pisliklə gələrsə, onun üçün ancaq həmin pisliyin misli qədər cəza var və onlara zülm olunmaz!
A.Mehdiyev və D.Cəfərli:
De: «Şübhəsiz, Rəbbim məni doğru yola - sabit (və bəşəriyyətin səadətini təmin edən) bir dinə və haqpərəst olan və əsla müşriklərdən olmamış İbrahimin ayininə hidayət edib.»
Kövsər Tağıyev:
De ki: “Şübhəsiz, Rəbbim məni doğru bir yola, doğru bir dinə, Haqqa yönələn İbrahimin dininə yönəltdi. O, Allaha şərik qoşanlardan deyildi”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Rəbbim həqiqətən də məni düz yola, həqiqi dinə, müşriklərdən olmayan hənif İbrahimin dininə yönəltdi."
Sabirə Dünyamalıyeva:
De ki: "Şübhəsiz ki, Rəbbim məni doğru yola yönəltdi; dim-dik ayaqda dayanan bir dinə, şirkdən, Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməkdən dönmüş olan İbrahimin dininə, həyat tərzinə. İbrahim, şərik qoşanlardan olmamışdı."