Nisa Surəsi 163. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Nuha ondan son-rakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Biz Nuha ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba onun övladlarına, İsaya, Əyyuba, Yunisa, Haruna Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik.
Elmir Quliyev :
Воистину, Мы внушили тебе откровение, подобно тому, как внушили его Нуху (Ною) и пророкам после него. Мы внушили откровение Ибрахиму (Аврааму), Исмаилу (Измаилу), Исхаку (Исааку), Йакубу (Иакову) и коленам (двенадцати сыновьям Йакуба), Исе (Иисусу), Айюбу (Иову), Йунусу (Ионе), Харуну (Аарону), Сулейману (Соломону). Давуду (Давиду) же Мы даровали Забур (Псалтирь).
Ələddin Sultanov:
Biz Nuha ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz Hz.Nuha ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə vəhy etdik. Hz.İbrahimə, Hz.İsmailə, Hz.İshaqa, Hz.Yaqub nəvələrinə, Hz.İsaya, Hz.Eyyuba, Hz.Yunusa, Hz.Haruna Hz.Süleymana da vəhy etdik. Hz.Davuda Zəburu verdik.
Ələsgər Musayev:
Həqiqətən, vəhy ilə ilham edərək açıb öyrətdik sənə, qədər vəhy ilə öyrətdik Nuha nəbilərə ondan sonra. Vəhy ilə öyrətdik tərəfinə Ibrahimin Ismailin Ishaqın Yəqubun davamçılarının Isanın Əyyubun Yunusun Harunun Süleymanın əta etdik Davuda Zəburu.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Biz Nuha ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə vəhy göndərdik. Həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba, Əsbata (Yəqubun övladlarından olan peyğəmbərlərə), İsaya, Əyyuba, Yunusa, Haruna Süleymana vəhy göndərdik. Davuda Zəburu əta etdik (deməli sən peyğəmbərlik iddiası etmək kitab verilmək baxımından ilk şəxs deyilsən).
Kövsər Tağıyev:
Biz Nuha ondan sonra gələn peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba, onun nəvələrinə, İsaya, Əyyuba, Yunusa, Haruna Süleymana da vəhy etmişdik. Davuda da Zəburu vermişdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Nuha ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə vəhy göndərdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba əsbata, İsaya, Əyyuba, Yunisə, Haruna Süleymana da vəhy göndərmişdik. Davuda da Zəburu verdik.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Biz, Nuha ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə vəhy göndərdik. İbrahimə, İsmailə, İshaqa, Yəquba, nəvələrinə, İsaya, Əyyuba, Yunusa, Haruna Süleymana, daha əvvəl sənə bəhs etdiyimiz elçilərə, sənə bəhs etmədiyimiz elçilərə, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın deyə, müjdəçilər xəbərdarlıqçılar olaraq vəhy etdik. Davuda da Zəburu verdik.