Əlixan Musayev:
(Biz) müjdə verən və qor-xudan elçilər (göndərdik) ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Biz peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
Elmir Quliyev
:
Мы отправили посланников, которые несли благую весть и предостерегали, дабы после пришествия посланников у людей не было никакого довода против Аллаха. Аллах — Могущественный, Мудрый.
Ələddin Sultanov:
Müjdə verən və xəbərdar edən (peyğəmbərlər göndərdik ki,) peyğəmbərlərdən sonra insanların Allaha qarşı bir bəhanəsi qalmasın. Allah qüdrətlidir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
(Onlar) müjdələyən və xəbərdarlıq edən rəsullardır ki, insanların rəsullardan sonra Allaha qarşı (bizi xəbərdar edən və müjdələyən bir rəsul gəlmədi deyə) bəhanəsi olmasın. Allah Əzizdir, Hakimdir.
Ələsgər Musayev:
Rəsullar bəşarət
verən və nəzərə çatdırandırlar – olmasın insanlar üçün üzərinə
Allahın hüccət rəsullardan sonra və oldu Allah Əziz, Həkim!
A.Mehdiyev və D.Cəfərli:
(Onları) müjdə verən və qorxudan peyğəmbərlər (olaraq göndərdik) ki, bu peyğəmbərlər(in gəlişin)dən sonra insanların Allaha qarşı heç bir dəlil-sübutu olmasın. Allah həmişə yenilməz qüdrət və (bütün işlərində) hikmət sahibidir.
Kövsər Tağıyev:
Müjdə verənlər və xəbərdar edənlər olaraq peyğəmbərlər göndərdik ki, peyğəmbərlərdən sonra insanların Allaha qarşı bir bəhanələri olmasın. Allah mütləq güc sahibidir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Müjdə verən və xəbərdarlıq edən peyğəmbərlər (göndərdik) ki, daha bu peyğəmbərlərdən sonra insanların Allaha qarşı bir bəhanəsi olmasın. Həqiqətən, Allah qüdrət və hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edəndir.