Ənam Surəsi 165. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Verdiyi nemətlərlə sına-maq üçün sizi yer üzünün xələfləri təyin edən, birinizi digərinizin fövqünə dərəcə-dərəcə qaldıran Odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir. Bilin ki, O, Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
(Ey insanlar!) Verdiyiniz nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin (kafirlərə, müşriklərə, Onun birliyini inkar edənlərə) tezliklə cəza verən şübhəsiz ki, (möminləri) bağışlayan, (onlara) rəhm edəndir!
Elmir Quliyev :
Он Тот, Кто сделал вас преемниками на земле и возвысил одних из вас над другими по степеням, чтобы испытать вас тем, что Он даровал вам. Воистину, твой Господь скор в наказании. Воистину, Он Прощающий, Милосердный.
Ələddin Sultanov:
Sizi yer üzünün xəlifələri (bir-birinizin varisi) təyin edən Odur. Sizə verdiyi (nemətlər) barəsində sizi sınamaq üçün dərəcələrə görə (mal-mülk cəhətdən) bir qisminizi digərlərindən üstün etmişdir. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir şübhəsiz, O bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Sizi yer üzünün xəlifələri edən, sizə verdiyi şeylərlə sizi imtahan etmək üçün bir qisminizin dərəcələrini digər bir qisminizin üstünə yüksəldən Odur. Şübhəsiz ki, sənin Rəbbin cəzası tez olandır. Şübhəsiz ki, O, mütləq Ğafurdur (məğfirət edəndir), Rəhimdir (rəhmət nuru göndərəndir).
Ələsgər Musayev:
De: «Ə, qeyri Allahı tələb edim Rəbb O Rəbbidir külli şeyin?» Kəsb etmir külli nəfs ancaq öz əleyhinə. Yoxdur vəzirlik vəzirliknən vəzir axıra. Sonra tərəfinə Rəbbinizin müraciət edəcəksiniz xəbər verəcək sizə ilə ki, oldunuz onda ixtilaflı. (165). O - Odur ki, etdi sizi xəlifə ərzə rəfləndirdi bəzinizi fövqünə bəzinizin dərəcələrlə, sınaması üçün sizi nədə ki, əta edib sizə. Həqiqətən, Rəbbin sürətlidir tənbehə. O Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Sizi, sizə verdiyi şey barəsində imtahan etmək üçün yer üzündə Öz canişinləri yaxud keçənlərin canişinləri edən sizin bəzinizi digər bəzilərindən (maddi mənəvi baxımdan) dərəcələrlə üstün edən Odur. Doğrudan da Rəbbin tez cəza verəndir həqiqətən elə O, çox bağışlayan mehribandır.
Kövsər Tağıyev:
O, sizi yer üzündə xəlifələr (oraya hakim olan kimsələr) olaraq yaradan, sizə verdiyi nemətlər barəsində sizi sınamaq üçün bəzinizin dərəcəsini bəzinizinkindən üstün edəndir. Şübhəsiz, Rəbbin tezliklə cəzalandırandır. Şübhə yoxdur ki, O, çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizi yer üzünün varisləri edən, verdiyi (nemətlərdə) sizi sınasın deyə, dərəcələrlə birinizi digərinizin fövqünə qaldıran Odur. Həqiqətən, sənin Rəbbin tez cəza verəndir, həqiqətən, O, bağışlayandır, rəhmlidir !
Sabirə Dünyamalıyeva:
O, sizi yer üzündə gedənlərin yerinə gətirən, bəxş etdikləri ilə sizi sınamaq üçün birinizi digərinizin fövqünə dərəcə-dərəcə yüksəldəndir. Həqiqətən, sənin Rəbbin tez haqq-hesab çəkəndir şübhəsiz O, çox bağışlayandır, çox rəhm edəndir.