Əraf Surəsi 165. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməlləri qadağan edən kimsələri xilas etdik, haqsızlıq edənləri isə itaətdən çıxdıqlarına görə dəhşətli bir əzabla yaxaladıq.
Bünyadov-Məmmədəliyev:
Onlar (balıq ovlayanlar) özlərinə verilən öyüdü unutduqları zaman Biz (onları) pislikdən çəkindirənlərə nicat verdik, zülm edənləri isə itaətdən çıxdıqları, günah işlətdikləri üçün şiddətli bir əzabla məhv etdik.
Elmir Quliyev :
Когда они забыли о том, что им напоминали, Мы спасли тех, которые запрещали творить злодеяния, и подвергли ужасным мучениям беззаконников за то, что они поступали нечестиво.
Ələddin Sultanov:
Onlar özlərinə verilən öyüd-nəsihəti unutduqları zaman biz pis işlərdən çəkindirənləri xilas etdik zülm edənləri işlədikləri günahlara görə şiddətli bir əzabla yaxaladıq.
Kerbelayi Malik ağa:
Artıq onunla öyüd verildikləri şeyi unutduqları zaman, pisliyi qadağan edənləri qurtardıq. Zülm edənləri fisqə düşdüklərinə görə şiddətli bir əzabla yaxaladıq.
Ələsgər Musayev:
Amma elə ki, unutdular ki, onunla onlara yad edilmişdi, nicat verdik o kəslərə ki, pis işləri qadağan edirdilər. O kəslər ki, zülm edirdilər, onları fasiq olduqlarına görə çox pis əzabla tutduq.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, elə ki, onlara verilən öyüd-nəsihəti unutdular, Biz pis işdən çəkindirənləri xilas etdik, zülm edənləri isə itaətsizliklərinə görə ağır bir əzaba düçar etdik.
Kövsər Tağıyev:
Onlar özlərinə xatırladılanı unutduqları zaman biz pislikdən daşındırmağa çalışanları qurtardıq. Zülm edənləri yoldan çıxdıqlarına görə şiddətli bir əzab ilə yaxaladıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar yadlarına salınmışı [nəsihəti] unutduqda Biz pis əməllərdən çəkindirənləri xilas etdik, zalımlan isə etdikləri azğınlığa görə pis bir əzabla yaxaladıq.
Sabirə Dünyamalıyeva:
vaxt ki onlar, özlərinə xəbərdalıq etmək üçün istifadə edilən vasitələrə əhəmiyyət vermədilər, Biz pis əməllərdən çəkindirənləri xilas etdik, o zalımları isə haqq yoldan çıxdıqları üçün şiddətli/yoxsulluğa salan bir əzabla yaxaladıq.