Əlixan Musayev:
O zaman, tabe olunmuş (başçılar) tabe olunanlardan uzaq-laşacaq, (hamısı) əzabı görəcək və aralarındakı əlaqələr kəsiləcəkdir.
Bünyadov-Məmmədəliyev:
O zaman tabe olunmuşlar (bütpərəstlərin rəisləri) tabe olanlardan (bütpərəstlərdən) uzaqlaşacaq, (onların hamısı qiyamətdəki) əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır.
Elmir Quliyev
:
Когда те, за кем следовали, отрекутся от тех, кто следовал за ними, и увидят мучения, связи между ними оборвутся.
Ələddin Sultanov:
O zaman (arxasınca gedilib) tabe olunanlar özlərinə tabe olanlardan uzaqlaşacaq, əzabı görəcək və aralarındakı əlaqə kəsiləcəkdir.
Kerbelayi Malik ağa:
O zaman tabe olunanlar (özlərinə) tabe olanlardan uzaqlaşdılar və əzabı gördülər. Artıq onlarla aralarındakı bütün səbəblər (bağlar, əlaqələr) qoparıldı.
Ələsgər Musayev:
Onda ayrılacaq o kəslər ki, tabe
edirdilər, o kəslərdən ki tabedirlər və görəcəklər əzabı və
qətt olacaq onlarla əlaqələr.
A.Mehdiyev və D.Cəfərli:
O zaman (küfr və zülm) başçılar(ı) öz ardıcıllarından uzaqlaşacaq, əzabı (gözləri ilə) görəcək və bütün əlaqə və bağlılıqları qırılacaqdır.
Kövsər Tağıyev:
Tabe olunanlar o gün əzabı gördükdə, özlərinə tabe olanlardan uzaqlaşacaqlar, aralarındakı bütün bağlar qopacaqdır.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman arxalarınca gedilənlər (büdpərəst başçıları) arxada gələndən sürətlə uzaqlaşar və o anda (hər iki tərəfdə) əzabı görmüş və aralarında əlaqə kəsiləcəkdir.
Sabirə Dünyamalıyeva:
əzabı gördükləri zaman, özlərinə tabe olunan kəslər əzabı görərək özlərinə tabe olanlardan qaçıb uzaqlaşdıqları, əzabı gördükləri və aralarındakı bağlar qoparıldığı zaman, bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının həqiqətən çox şiddətli olduğunu kaş ki, görsəydilər.