Nisa Surəsi 166. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Fəqət Allah sənə nazil etdiyinə şahiddir. O, bu (Quranı) Öz elmi ilə nazil etmişdir. Mələklər (buna) şahiddirlər. Şahid olaraq Allah kifayətdir.
Bünyadov-Məmmədəliyev:
Lakin (Ya Rəsulum!) Allah sənə nazil etdiyi (Quran) ilə şəhadət verir ki, onu (Quranı) Öz elmi ilə (Özünə xas olan elm hikmətlə) nazil etmişdir. Mələklər buna şahidlik edirlər. Təkcə Allahın şahid olması yetər!
Elmir Quliyev :
Но Аллах сам свидетельствует о том, что Он ниспослал тебе. Он ниспослал это по Своему знанию (или со Своим знанием). Ангелы также приносят свидетельство, но довольно того, что Аллах является Свидетелем!
Ələddin Sultanov:
Lakin Allah sənə nazil etdiyi (Quran) ilə şahidlik edir ki, onu (Quranı) Öz elmi ilə nazil etmişdir. Mələklər (buna) şahidlik edirlər. Şahid olaraq Allah yetər!
Kerbelayi Malik ağa:
Belə ki, Allah sənə endirdiyi şeyi (Quranı) öz elmi ilə endirdiyinə şahidlik edir. Mələklər şahidlik edirlər. Allah şahid olaraq kafidir (kifayət edər).
Ələsgər Musayev:
Lakin Allah Özü şahiddir ilə ki, nazil edib sənə. Nazil edib onu Öz elmilə mələklər şahiddirlər. Kafidir Allah ilə Şahidlik!
A.Mehdiyev və D.Cəfərli:
(Kitab əhlindən olan kafirlər sənə vəhy kitab nazil olmasına şəhadət vermirlər) lakin Allah sənə nazil etdiyinə şəhadət verir ki, onu Öz elmi ilə nazil etmişdir (kəlmələrin nəzmlə düzülüşü, məzmunu bəşər cəmiyyətinə nazil olması bunların hamısı Onun əzəli elmi ilədir) (buna) mələklər şəhadət verirlər. Allahın şahid olması kifayətdir.
Kövsər Tağıyev:
Lakin Allah şahidlik edir ki, sənə endirdiyini öz elmi ilə endirmişdir. Mələklər buna şahidlik edir. Şahid olaraq Allah yetər.
M.Qənioğlu və T.Bilaloğlu:
Lakin Allah sənə nazil etdiyi ilə şahidlik edir ki, onu Öz elmi ilə nazil etmişdir mələklər buna şahiddirlər. Allahın şahid olması kifayətdir.
Sabirə Dünyamalıyeva:
Fəqət Allah sənə nazil etdiyinə -onu Öz elmi ilə nazil etmişdir- şahidlik edər. Bütün ayələr şahidlik edir. Şahid olaraq Allah bəs edər.