Şüəra Surəsi 167. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Ey Lut! Əgər (təbliğatına)son qoymasan, mütləq qovulanlardan olacaqsan!”
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son qoymasan, (öz yurdundan) mütləq qovulacaqsan!”
Elmir Quliyev :
Они сказали: Лут (Лот), если ты не прекратишь, то окажешься одним из тех, кто был изгнан".
Ələddin Sultanov:
Onlar: “Ey Lut! Əgər (bu işdən) vaz keçməsən, sən mütləq qovulanlardan olacaqsan!” - dedilər.
Kerbelayi Malik ağa:
‘Ey Lut! Əgər həqiqətən sən (bizi xəbərdar etməkdən) vaz keçməzsənsə, mütləq (yurdundan) qovulanlardan olacaqsan.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Əgər son qoymasan, ay Lut, xaric olunmuşlardan olacaqsan!»
A.Mehdiyev və D.Cəfərli:
(Onlar) dedilər: «Ey Lut, əgər (bu sözlərindən) əl çəkməsən, mütləq sürgün olunanlardan olacaqsan!»
Kövsər Tağıyev:
Dedilər ki: “Ey Lut! (İşimizə qarışmaqdan) vaz keçməsən, mütləq (şəhərdən) çıxarılanlardan olacaqsan!”
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: “Əgər sən (bu söz-söhbəti) qurtarmasan, ey Lut, qovulacaqsan!”
Sabirə Dünyamalıyeva:
Onlar: “Ey Lut! Əl çəkməzsənsə, tam yəqinliklə bil ki, çıxarılanlardan olacaqsan” dedilər.