Bəqərə Surəsi 168. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey insanlar! Yerdə olan halal təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir.
Bünyadov-Məmmədəliyev:
Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir.
Elmir Quliyev :
О люди! Вкушайте на земле то, что дозволено и чисто, и не следуйте по стопам дьявола. Воистину, он для вас явный враг.
Ələddin Sultanov:
Ey insanlar! Yer üzündəki nemətlərin halal təmiz olanlarından yeyin, şeytanın addımlarını izləməyin! Həqiqətən, o, sizin açıq-aşkar düşməninizdir.
Kerbelayi Malik ağa:
Ey insanlar! Yer üzündəki halal təmiz şeylərdən yeyin. Şeytanın addımlarına tabe olmayın (izindən getməyin). Şübhəsiz ki, o, sizin üçün açıq-aşkar bir düşməndir.
Ələsgər Musayev:
Ay insanlar! Yeyin nədən ki, ərzdə halaldır, təmizdir tabe olmayın xətlərinə şeytanın. Həqiqətən, o, sizin üçün aşkar düşməndir!
A.Mehdiyev və D.Cəfərli:
168. Ey insanlar, yer üzündə olan şeylərin (müxtəlif yeməklər digər varlıqların) halal paklarından yeyin, faydalanın şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir.
Kövsər Tağıyev:
Ey insanlar! Yer üzündəki nemətlərin halal təmiz olanlarından yeyin! Şeytanın izi ilə getməyin. Çünki o, sizin üçün açıq-aşkar bir düşməndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey insanlar ! Yer üzündə təmiz, halal şeylərdən yeyin, şeytanın yolu ilə getməyin, o ki sizin açıq düşməninizdir!
Sabirə Dünyamalıyeva:
168) Ey insanlar! Yer üzündəki halal təmiz, xoş, faydalı şeylərdən yeyin şeytanın izi ilə getməyin. Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir.