Əlixan Musayev:
Biz onları yer üzündə ümmətlərə böldük. İçərilərində həm əməlisaleh olanlar, həm də belə olmayanlar vardır. Biz onları yaxşılıq və pisliklə sınadıq ki, bəlkə (doğru yola) dönələr.
Bünyadov-Məmmədəliyev:
(Yəhudiləri) yer üzündə (ayrı-ayrı) dəstələrə parçaladıq. İçərilərində əməlisaleh olanlar da, olmayanlar da var idi. Onları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, (haqq yola) dönsünlər.
Elmir Quliyev
:
Мы разбросали их по земле общинами. Среди них есть и праведные, и не только праведные. Мы подвергли их испытанию добром и злом, — быть может, они вернутся на прямой путь.
Ələddin Sultanov:
Onları (İsrail oğullarını) yer üzündə tayfalara ayırdıq. Onlardan əməlisaleh olanlar da, olmayanlar da vardı. Bəlkə, (haqq yola) qayıdarlar deyə onları yaxşılıq və pisliklərlə imtahan etdik.
Kerbelayi Malik ağa:
Yer üzündə onları ümmətlərə böldük. Onlardan bir qismi salehlər və bir qismi bunlardan başqalarıdır (saleh olmayanlar). Onları həsənat (pozitiv dərəcə qazandıran əməllər) və seyyiat (neqativ dərəcə qazandıran əməllər) ilə imtahan etdik ki, beləcə Allaha dönsünlər deyə.
Ələsgər Musayev:
Biz onları ərzdə ümmətlərə böldük: onlardan saleh olanları və olmayanları var idi. Onların hamısını yaxşılıqla və pisliklə imtahan etdik, ola ki, onlar müraciət etsinlər!
A.Mehdiyev və D.Cəfərli:
Və onları yer üzündə müxtəlif dəstələr şəklində səpələdik. Onlardan bəzisi yaxşı əməl sahibləridir, bəzisi isə onlardan aşağıdır. Onları yaxşı-yamanlıqlarla sınadıq, bəlkə (haqqa tərəf) qayıtsınlar.
Kövsər Tağıyev:
Biz onları yer üzündə parçalayıb firqələrə böldük. Onlardan saleh kimsələr var idi. Aralarında elə olmayanları da var idi. Bəlkə qayıdarlar deyə onları yaxşılıqlar və pisliklər ilə sınadıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz yer üzərində onları dəstələrə böldük; aralarında əməlisalehlər də, başqaları da var idi. Biz onları yaxşı-yamanla sınadıq ki, bəlkə onlar (haqqa) dönələr.
Sabirə Dünyamalıyeva:
Və onları yer üzündə başçıları olan bir çox tayfalara ayırdıq. Onların bəziləri doğru kəslər idi, bəziləri isə onlardan aşağı idi. Və Biz, dönsünlər deyə, onları yaxşılıqla və pisliklə sınadıq.