Əlixan Musayev:
O bunu qurtum-qurtum içəcək, amma onu uda bilməyəcəkdir. Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir. Bunun ardınca da ağır bir əzab gələcəkdir.
Bünyadov-Məmmədəliyev:
O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar (boğazından aşağı keçirə bilməz). Ona hər tərəfdən (bədəninin hər yerindən) ölüm gələr, lakin ölməz (ki, birdəfəlik canı qurtarsın). Hələ bunun ardınca (daha) dəhşətli bir əzab gələcəkdir!
Elmir Quliyev
:
Он будет пить ее глотками, но едва ли сможет проглотить ее. Смерть будет подступать к нему со всех сторон, однако он не умрет , ибо перед ним будут тяжкие мучения.
Ələddin Sultanov:
Onu qurtum-qurtum içər, ancaq uda bilməz. Ona hər tərəfdən ölüm gələr, ancaq o ölməz. Bunun ardınca da şiddətli bir əzab vardır.
Kerbelayi Malik ağa:
Onu udmağa çalışacaq və lakin onu boğazından asan keçirə bilməyəcək. Bütün məkanlardan ona ölüm (öldürücü səbəblər) gələcək və lakin o, ölə bilməyəcək (ölmək istədiyi halda ölməsi mümkün olmayacaq). Onun arxasınca dəhşətli bir əzab vardır.
Ələsgər Musayev:
Onu cirə ilə
içər və o susuzluqdan qurtarmaz və gələr ölüm ona külli
məkandan və o ölməz. Bunların ardınca qəliz əzab var!
A.Mehdiyev və D.Cəfərli:
Onu çətinliklə qurtum-qurtum içər və rahat uda bilməz. Və ölüm (Cəhənnəm işgəncələri) hər bir tərəfdən ona üz tutar, halbuki o ölən deyildir (çünki, o dünyada ölüm yoxdur) və onun ardınca çətin və ağır bir əzab vardır.
Kövsər Tağıyev:
Onu qurtum-qurtum içməyə çalışacaq, lakin boğazından keçirə bilməyəcək. Ona hər tərəfdən ölüm gələcək, lakin ölməyəcək, ardından da şiddətli bir əzab gələcək.
M.Qənioğlu və T.Bilaloğlu:
O, onu qurtum-qurtum içəcək və zorla udacaqdır. Hər yandan ona ölüm gələcəkdir, o isə ölüb qurtarmayacaqdır. Bunun ardınca da ona şiddətli əzab olacaqdır.
Sabirə Dünyamalıyeva:
İrinli suyu qurtum-qurtum içəcək, uda bilməyəcək. Və hər tərəfdən ona ölüm gələcək, lakin o heç ölməyəcək. Ardından da çox ağır bir əzab gələcəkdir.