Əlixan Musayev:
Biz Nuhdan sonra neçə-neçə nəsilləri məhv etdik. Rəbbinin, qullarının günahlarını bilməsi və görməsi kifayətdir.
Bünyadov-Məmmədəliyev:
Biz Nuhdan sonra neçə-neçə ümmətləri (nəsilləri) məhv etdik. (Ya Rəsulum!) Rəbbinin öz qullarının günahlarını bilməsi, görməsi (onlara cəza vermək üçün) kifayət edər.
Elmir Quliyev
:
Сколько же поколений мы погубили после Нуха (Ноя)! Достаточно того, что Аллах знает и видит грехи Своих рабов.
Ələddin Sultanov:
Nuhdan sonra neçə-neçə nəsilləri məhv etdik. Bəndələrinin günahlarını bilən və görən olaraq Rəbbin kifayətdir.
Kerbelayi Malik ağa:
Nuhdan (ə.s) sonra əsrlərcə neçə-neçə nəsillər həlak etdik. Sənin Rəbbinin qullarının günahlarını bilməsi və görməsi kifayət edər.
Ələsgər Musayev:
Biz Nuhdan sonra nə qədər
qərinələrdən həlak etdik! Kafidir sənin Rəbbinin bəndələrinin
öz günahı ilə Xəbir, Bəsir olması!
A.Mehdiyev və D.Cəfərli:
Nuhdan sonra (Ad, Səmud və Lut qövmü kimi bir-birlərinə yaxın əsrlərdə olmuş) neçə-neçə cəmiyyətləri həlak etdik. Sənin Rəbbinin Öz bəndələrinin günahlarını (onlara uyğun cəza verməsi üçün) bilməsi və görməsi kifayətdir.
Kövsər Tağıyev:
Nuhdan sonra da neçə-neçə nəsilləri həlak etdik. Qullarının günahlarını bilən və görən olaraq Rəbbin yetər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Nuhdan sonra neçə-neçə nəsil məhv etdik. Sənin Rəbbin Öz bəndələrinin günahlarını görücü və bilici kimi kifayətdir.
Sabirə Dünyamalıyeva:
Və Biz Nuhdan sonrakı neçə-neçə nəsilləri dəyişikliyə/məhvə məruz qoyduq. Və bəndələrinin günahlarını layiqincə bilən və ən yaxşı görən olaraq Rəbbin kifayətdir.