Əlixan Musayev:
və (ibadət vaxtı) onlardan (gizlənmək üçün) pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında tam insan surətində peyda oldu.
Bünyadov-Məmmədəliyev:
Və ailə üzvlərindən gizlənmək (paltarını dəyişmək, yaxud yuyunub təmizlənmək) üçün pərdə tutmuşdu. Biz də Öz ruhumuzu (Cəbraili Məryəmin) yanına göndərdik. Ona (Məryəmə) kamil bir insan qiyafəsində göründü.
Elmir Quliyev
:
и укрылась от них за завесой. Мы же послали к ней Нашего Духа (Джибрила), и он предстал перед ней в облике прекрасно сложенного человека.
Ələddin Sultanov:
Beləcə (Məryəm) onlarla öz arasına bir pərdə çəkmişdi. Biz də Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik. (Cəbrail) ona tam bir insan surətində göründü.
Kerbelayi Malik ağa:
Sonra da onlardan gizlənmək üçün bir pərdə çəkdi. O zaman ona Ruhumuzu (Cəbrail ə.s) göndərdik. Ona normal insan surətində göründü.
Ələsgər Musayev:
Götürdü onlardan
ayrılaraq pərdə. Göndərdik ona tərəf ruhumuzu və məsəldə
onun üçün bəşər səviyyəsində.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi. Bu halda Biz Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə düşdü.
Kövsər Tağıyev:
və (özünü onlardan uzaq tutmaq üçün) onlarla özü arasına bir pərdə tutmuşdu. Biz ona Cəbraili göndərmişdik, ona tam bir insan surətində görünmüşdü.
M.Qənioğlu və T.Bilaloğlu:
və onlarla özü arasında bir pərdə düzəltdi. Biz Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun qarşısında tam insan surətində durdu.
Sabirə Dünyamalıyeva:
Sonra ailəsiylə/yaxınlarıyla özü arasına bir pərdə çəkmişdi və Biz də ona ruhumuzu/ilahi xəbərimizi[#134] göndərdik, sonra ruhumuzu/xəbərlərimizi gətirən elçi, Məryəmə kamil bir bəşər nümunəsi göstərdi.