Bəqərə Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların məsəli (zülmət gecədə) od qalayan kimsənin məsəlinə bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini (heç bir şey) görə bilməyəcəkləri zülmətlər içərisində buraxar.
Bünyadov-Məmmədəliyev:
Onların (münafiqlərin) halı (qaranlıq gecədə) od yandıran şəxsin halına bənzər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah onların işığını keçirər özlərini zülmət içərisində qoyar, (artıq heç nə) görməzlər.
Elmir Quliyev :
Они подобны тому, кто разжег огонь. Когда же огонь озарил все вокруг него, Аллах лишил их света и оставил их в темноте, где они ничего не видят.
Ələddin Sultanov:
Onların (münafiqlərin) halı (qaranlıqda) od qalayan kimsənin halına bənzəyir. Alov ətrafındakıları işıqlandırdığı zaman Allah onların çırağını söndürər onları heç görə bilməyəcəkləri qaranlıqlarda qoyar.
Kerbelayi Malik ağa:
Onların halı od yandırıb beləcə ətrafındakı şeyləri işıqlandırdığı zaman Allahın nurlarını yox etdiyi onları qaranlıqlar içində buraxdığı kimsələrin halı kimidir. (Artıq) onlar görə bilməzlər.
Ələsgər Musayev:
Məsəli onların o kəsin məsəli kimidir kiod yandırır. Amma elə ki, işıq saçır ətrafı onun, aparar Allah nuru ilə onları tərk edər onları zülmətdə kiyoxdur bəsirətləri.
A.Mehdiyev və D.Cəfərli:
Onların hekayəti (qaranlıq gecədə geniş bir çöldə) od yandıran şəxsin hekayətinə bənzəyir. Beləliklə, (od) onun ətrafını işıqlandıran kimi, Allah (odu söndürməklə) onların nurunu aradan aparar onları heç görə bilməyəcəkləri bir qaranlıqda boşlayar.
Kövsər Tağıyev:
Onların halı (gecə vaxtı) ocaq qalayan kəsin halına bənzəyir: od ətrafını işıqlandırdığı əsnada Allah işıqlarını yox edər onları görə bilməyəcəkləri bir halda qaranlıqlar içərisində tərk edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların məsəli o od qalayanın əhvalatına bənzəyir ki, od onun ətrafını işıqlandıranda Allah onların işığını apararaq onları gözləri görə bilməyəcək zülmətlər içərisində buraxdı.
Sabirə Dünyamalıyeva:
Onların vəziyyəti, bəzən, bir od yandırmaq istəyən kimsənin vəziyyəti kimidir. Od, od yandıran kimsənin ətrafını işıqlandırdıqda, Allah, onların işığını keçirər onları zülmət içində saxlayar, onlar görə bilməzlər.