Əlixan Musayev:
Əgər Biz (Özümüzə) əyləncə düzəltmək fikrində olsaydıq, onu mütləq Öz dərgahımızda olanlardan hazırlayardıq. Lakin Biz (bunu) etmədik.
Bünyadov-Məmmədəliyev:
Əgər Biz (Özümüzə) əyləncə etmək (arvad-uşaq düzəltmək) istəsəydik, onu mütləq Öz dərgahımızdan (mələklərdən, hurilərdən) edərdik. Lakin Biz (bunu) etmədik. (Çünki Allaha, insanlardan fərqli olaraq, əylənmək, Özünə övlad götürmək, yaxud kimisə Özünə yoldaş etmək yaraşmaz).
Elmir Quliyev
:
Если бы Мы пожелали устроить Себе потеху, то устроили бы его из того, что есть у Нас.
Ələddin Sultanov:
Əgər əyləncə qurmaq istəsəydik, əlbəttə, onu Öz dərgahımızdan edərdik. Ancaq Biz bunu edən deyilik.
Kerbelayi Malik ağa:
Əgər Biz oyun-əyləncə etmək istəsəydik, (bunu) edəcək olsaydıq mütləq onu Öz dərgahımızda edərdik.
Ələsgər Musayev:
Əgər Biz iradə etsəydik götürək əyləncə,
götürərdik onu Öz yanımızdan, əgər əməl etmiş olsaydıq.
A.Mehdiyev və D.Cəfərli:
Əgər Biz bir əyləncə (düzəltmək və ya arvad-uşaq) götürmək istəsəydik, (qeyri-mümkün olsa da fərz edək) əgər (bu işi) edən olsaydıq, şübhəsiz, onu Öz zatımızdan (və Öz vücudumuza uyğun gələn bir şeydən) götürərdik.
Kövsər Tağıyev:
Əgər bir əyləncə götürmək istəsəydik, onu öz qatımızdan götürərdik. Etsəydik, belə edərdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Biz Özümüz üçün əyləncə düzəltmək istəsəydik və bunu edən olsaydıq, Öz dərgahımızdan edərdik.
Sabirə Dünyamalıyeva:
Əgər Biz, bir əyləncə düzəltmək istəsəydik, əlbəttə onu Öz dərgahımızdan edərdik, əgər Biz [elə] edən olsaydıq.