Əlixan Musayev:
Şübhəsiz ki, Qiyamət günü Allah möminlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında hökm verəcəkdir. Həqiqətən, Allah hər şeyə şahiddir. Çünki Allah hər şeyin şahididir!
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Allah iman gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər (ulduzpərəstlər), xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü (haqq ilə batili ayırd edərək) hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir! (Onların nə etdiklərini və nəyə layiq olduqlarını çox gözəl bilir!)
Elmir Quliyev
:
В День воскресения Аллах рассудит между верующими, исповедующими иудаизм, сабиями, христианами, огнепоклонниками и многобожниками. Воистину, Аллах является Свидетелем всякой вещи.
Ələddin Sultanov:
Allah qiyamət günü möminlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında mütləq Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir.
Kerbelayi Malik ağa:
Həqiqətən amənu olan kimsələr ilə yəhudilərin, sabiilərin (ulduzlara tapınanların), xristianların, atəşpərəstlərin və şirk qoşanların (bütlərə tapınanların) arasını Allah qiyamət günü mütləq (cənnət və cəhənnəm əhli olaraq) ayıracaq. Şübhəsiz ki, Allah hər şeyə şahiddir.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki,
inanırlar və o kəslər ki, hidayət olunublar və sabilərdir və
nəsranilərdir və məcuslardır və o kəslər ki, müşriklərdir,
həqiqətən, Allah onlar arasında qiyamət günü fasilə qərar
verəcək. Həqiqətən, Allah üzərində külli şeyin Şahiddir!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allah Qiyamət günü (Muhəmmədə və onun kitabına) iman gətirənləri, yəhudiləri, sabiiləri, xaçpərəstləri, zərdüştiləri və müşrikləri (dinlərinin doğruluğu və ya səhvliyi və kimin mükafata, kimin cəzaya layiq olması baxımından) şübhəsiz bir-birindən ayıracaqdır. Həqiqətən Allah hər şeyə şahiddir.
Kövsər Tağıyev:
Şübhəsiz, iman edənlər, yəhudilər, sabiilər, xristianlar, məcusilər və Allaha şərik qoşanlar ki var, Allah qiyamət günü onlar arasında mütləq hökm verəcək. Çünki Allah hər şeyə şahiddir.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Allah möminləri, yəhudiləri, sabi'iləri, xaçpərəstləri, atəşpərəstləri və Allaha şərik qoşanları qiyamət günü bir-birindən ayıracaqdır. Həqiqətən, Allah hər şeyə şahiddir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, o iman etmiş kəslər, yəhudi olmuş kəslər, sabiilər/Yəhya peyğəmbərin dinindən olanlar, xristianlar, məcusilər və şərik qoşanlar; şübhəsiz ki, Allah qiyamət günündə bunların arasını ayıracaqdır [bunları bir-birindən ayıracaqdır]. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı şahiddir.