Əlixan Musayev:
Biz sizin üstünüzdə yeddi göyü yaratdıq. Məxluqatımızdan da xəbərsiz olmamışıq.
Bünyadov-Məmmədəliyev:
And olsun ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini bilirik).
Elmir Quliyev
:
Воистину, Мы создали над вами семь небес одно над другим. Мы никогда не находились в неведении о творениях.
Ələddin Sultanov:
Şübhəsiz ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz yaratma işindən xəbərsiz deyilik.
Kerbelayi Malik ağa:
And olsun ki, Biz sizin üzərinizdə yeddi yol yaratdıq və Biz yaratmaqdan qafil deyilik.
Ələsgər Musayev:
Xəlq etdik sizin fövqünüzdə yeddi yol. Biz xəlq olunanlardan
qafil olmadıq.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz sizin başınız üzərində yeddi yol (mələklərin get-gəl yerləri olan yeddi göy) yaratmışıq və Biz yaradılış və yaradılmışların işində əsla qafillərdən deyilik.
Kövsər Tağıyev:
And olsun, biz sizin üstünüzdə yeddi yol yaratdıq. Biz yaratdıqlarımızdan xəbərsiz deyilik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz sizin üzərinizdə yeddi yol [yeddiqat göy] yaratdıq və (onun altındakı) məxluqata da biganə qalmadıq.
Sabirə Dünyamalıyeva:
Və and olsun ki, Biz sizin üstünüzdə yeddi yol əmələ gətirdik. Və Biz, əmələ gətirməkdə elmsiz, xəbərsiz, qafil deyilik.