Rum Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Odur ki, siz axşama çatanda səhərə çıxanda Allahın şərəfinə çoxlu tərif söyləyin.
Bünyadov-Məmmədəliyev:
Elə isə axşam-səhər (axşama yetişəndə, səhərə çıxanda) Allahı təqdis edib şəninə təriflər deyin! (Axşam, gecə sübh namazlarını qılın!)
Elmir Quliyev :
Славьте же Аллаха, когда для вас наступает вечер и когда наступает утро!
Ələddin Sultanov:
Ona görə axşam səhər Allahı təsbeh edin (namaz qılın)!
Kerbelayi Malik ağa:
Elə isə axşam səhər vaxtında Allahı təsbeh edin!
Ələsgər Musayev:
Pak müqəddəs sayın Allahı axşam sübh sizi bürüyəndə!
A.Mehdiyev və D.Cəfərli:
Belə isə, Allahı həmişə təsbih edin (xüsusilə) axşam düşərkən (məğrib işa namazlarını qılmaqla) sübh açılırkən (sübh namazını qılmaqla).
Kövsər Tağıyev:
Elə isə axşama çatdığınız zaman, səhərə çıxdığınız zaman Allahı təsbih edin.
M.Qənioğlu və T.Bilaloğlu:
Ona görə siz axşama düşəndə də, üzünüzə sübh açılanda da Allaha təriflər deyin.
Sabirə Dünyamalıyeva:
Elə isə, axşama çıxanda, səhərə çıxanda, gecə əsnasında, günortaya çatanda; daim Allahı bütün nöqsanlıqlardan pak tutmalısınız!